Paşinyanın 5 ən əsas səhvi: "Bunlar inqilab etmiş xalqa təhqirdir"
Erməni hüquq müdafiəçisi Vardan Harutyunyan öz "Facebook" səhifəsində Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra apardığı fəaliyyətlərə toxunmaqla yanaşı, onun 5 əsas səhvini sadalayıb.
Yenixeber.org: Harutyunyanın qeydini olduğu kimi təqdim edir:
"Paşinyan istefa verdi və indi bizim faktiki olaraq artıq keçmiş hökumətimiz mövcuddur.
Keçmiş hökumətin ən ciddi səhvlərini sadalamağı qərara aldım. Əlbəttə bu mənim fikirlərimdir, ümid edirəm ki, gələcək hökumət bunlara yol verməyəcək və düzəltməyə çalışacaq.
1. Prokurorluq və ədliyyə nazirliyinə müvafiq tapşırıq qoyma yolu ilə siyasi dustaqları tələsik buraxmaması və onların bəraət alması prosesinin başlamaması, məhbusun saxlanma rejiminin dəyişdirilməsi, azad etmə kimi qiymətləndirilə bilməz
2. 1 Mart işinin qeyri-adi şəkildə aparılması, ifşa etmə barədə bəyanatlar, birinci simalara ittiham irəli sürülməsi və həbs etmə cəhdləri, bu cəhdlərin iflasa uğraması... Bəs niyə aşağılardan başlamaq olmazdı? Bəs niyə aşağılardan və əlbəttə əgər məqsəd şou göstərmək deyildisə, sakit halda başlamaq, tələsmədən və əsaslandırılmış şəkildə yuxarı qalxmaq olmazdı?
3. Müdafiə nazirliyinin mütəxəssislərinin Suriyaya göndərilməsi. Açıq-aydın məlumdur ki, bu Putinin tələbi olub və ya daha pis olmnaqla Putinin xətrini almaq naminə atılmış addımdır. Bu addımın mənfi reaksiyası hələ bizim qulaqlarımızda uzun müddət səslənəcək. Rusiya ilə münasibətlər istisna və sərhəddiz şəkildə incədir. Ancaq hər səfərdən sonra rus-erməni münasibətlərini yeni, misli görünməmiş səviyyəyə qaldırmaq haqqında bəyanatlar verməklə rədd edilən hakimiyyətlə bərabər yarışırıq və Suriyaya çatırıq. Bizə misli görünməmiş səviyyələr lazım deyil, bizə səmərəli, əlverişli əməkdaşlıq lazımdır. Putin isə növbəti addımları tələb edəcək.
4. Kabzonun ölümü ilə əlaqədar Putinə başsağlığı məktubu göndərilməsi. Kobzon kimdir ki, biz onun ölümünə bu qədər kədərlə yanaşdıq. Cinayət tarixləri içərisində boğulub batan, bütün növ və keyfiyyətdə hakimiyyətlərə sığınmış və xidmət etmiş prinsipal mövqeyi olmayan xadim. Bu məqamda ABŞ-ın ən nüfuzlu senatorlarından biri, ermənilərə dəstək verən, öz prinsipallığı ilə seçilən Con Makkeynin ölümündə isə diqqətsizliyə yol verildi və ABŞ-a başsaglıgı göndərilmədi.
5. Rədd edilmiş hakimiyyətin ayrıca kadrları ilə yeni Ermənistan inşa etmə cəhdləri və onlara bəraət verilməsinə dair bixəbər izahatlar verilməsi... Bu cəhdlər şübhəsiz ki, iflasa uğracaq.
Bunlar inqilab etmiş xalqa yönəlmiş təhqirdir". (ordu.az)