“MÖVCUD OLMAYAN ŞƏHƏR”DƏ NÜVƏ SİLAHI:iranlılar Netanyahunun iddiasına, yəhudilər İrandakı plakata güldü - TƏHLİL
Holli Daqres
“Atlantic Council”
Sentyabrın 27-də BMT Baş Assambleyasında İsrail baş naziri Benyamin Netanyahunun çıxışına ilk təpkini İran xarici işlər nazirinin müavini Əraqçi göstərib: “Məncə, kimsə Netanyahunu barmağına sarıyıb”.
Yenixeber.org: Dövlət mediasına verdiyi müsahibədə həm Abbas Əraqçi, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın nüvə silahı proqramı üçün nəzərdə tutulan gizli anbara dair Netanyahunun son ittihamını qəhqəhələrə cavablandırıblar. CIA və Beynəlxalq Atom Enerjisi Təşkilatı (MAGATE) məlumatlarına görə, həmin təsis on il bundan əvvəl qapadılıb.
Sentyabrın 29-da kiçik jurnalist və analitik qrupla görüşən Zərif deyib ki, həmin binada xalçayuma fabriki fəaliyyət göstərib. “İsrailin kəşfiyyatı axtarış ünvanını səhv salıb”, – deyən Zərif, İran kəşfiyyat xidmətlərinin “Mossad”ı rüsvay etdiyini vurğulasyıb.
Netanyahu əlində xəritə tutaraq BMT Baş Assambleyasının üzvlərinə izah edib: “Bu gün ilk dəfə olaraq İranın Tehran yaxınlığında başqa bir gizli obyektini göstərirəm. Bu, gizli nüvə anbarıdır. İranın gizli nüvə proqramından əldə edilən avadanlıq və materiallar orada saxlanılır”.
Anbar, “Mossad” casuslarının bu il əvvəlində oğurladığı (50 min sənəd və 163 kompakt disk) məlumatlara əsasən, Tehrandan üç mil uzaqlıqda yerləşir.
İsrail baş naziri Turquzabad anbarının İran rəsmiləri tərəfindən təmizləndiyini və “15 kiloqram radioaktiv material”ı ləğv etdiyini və “dəlilləri gizlətmək üçün Tehran ətrafında yaydığını” iddia edib. Netanyahu hətta iranlılara tövsiyə edib ki, “Amazon” vasitəsilə 29,99 dollarlıq Geyger sayğacı alıb radioaktiv maddə tapsınlar.
Bu iddiaları ciddiyə almaq əvəzinə, bir çox iranlı yalnız Əraqçi və Zarif deyil, İsrail baş nazirinin iddialarını da lağa qoyub. Onlar “möhtəşəm obyekti” çox tez tapıblar. Bir qrup gənc Netanyahunun çıxışından sonra Turquzabada (yaxud Dərqzabad, yəni “mövcud olmayan torpaq”) yollanıb. “Buraya gəlməyə zəhmət çəkməyin, burada heç nə yoxdur” haştaqı ilə sosial mediada şəkillər və videolar paylaşılıb. Həmin videolardan sonra xalça təmizləmə fabriki haqqında material ən azı iki İran qəzetinin manşetinə çıxarılıb. Hətta Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqiri “Twitter”-də #Torquzabad haştaqı ilə özü və digər yüksək vəzifəli rəsmilərin gülən şəkillərini paylaşıb.
Turquzabadın bir sakini “Euronews”-a deyib: “Bu yerdə axı nə yerləşə bilər ki? Obyekt sahibinin heç içmək üçün kifayət qədər suyu yoxdur. Onlar su idarəsinə borclu olduğundan suları kəsilib, indi atom bombaları hazırlamaq niyyətindədirlər?”
Amma cəmi 3 min əhaliyə sahib şəhərcikdəki bu obyektin nəzarət kamerası var ( Şübhəsiz, şəhərdə bir neçə belə kamera mövcuddur).
Sosial mediada yerli əhalinin Turquzabad şəhərinin ərazisində torpağın qiymətinin artacağına ümid etdiyi bildirilib.
Amma iranlılar keçən həftə İsrailə gülən yeganə millət deyildi. İsraillilər də İranın işlərinə lağ edirdilər. İran-İraq müharibəsinin ildönümünü xatırlanan Şiraz şəhərindəki bir bilbordda İsrail əsgərləri üfüq boylanan halda “qüdrətli ordunu gücləndirmək” şüarı altında əks etdirilmişdi.
Sosial media istifadəçiləri əsgərlərin M-16 tüfəngləri və “Saxal” uniforması geydiklərini qəbul etdikdən sonra bilbord meydandan çıxarılıb (Orijinal fotoda israilli qadın əsgər də var). Şirazda bu qalmaqalla bağlı bir rəsmi həbs olunub.
Netanyahunun çıxışından sonra İran Xarici İşlər Nazirliyi iddiaları rədd edib. XİN sözçüsü Bəhram Qasimi deyib: “Dünya bu cür yalan, mənasız və lazımsız sözlərə ancaq gülə bilər”. Zərif, Netanyahunun “Twitter”-dəki açıqlamasına cavab olaraq bunu “əl işləri sərgisi” adlandırıb və İsraili öz gizli nüvə silah proqramını açmağa çağırıb.
İki anonim ABŞ rəsmisi Birləşmiş Ştatların bu obyektin harada olduğunu bildiyini iddia edib, ancaq “onun sentrifuqa üçün alüminium küplər deyil, sənəd və kağızla dolu olduğunu” söyləyiblər.
ABŞ Dövlət Departamenti rəsmisi Beynəlxalq Atom Enerjisi Agentliyini ” İranın açıqlanmayan nüvə materialları və ya fəaliyyətini araşdırmağ”a çağırıb. Lakin Zərif sentyabrın 29-da verdiyi açıqlamada deyib: “İranın bir caniyə belə MAQATE-nin kiminsə oyuncağına çevrilməsinə imkan verməyəcək”.
Netanyahunun çıxışı Kapitoli Təpəsində də heç kimin diqqətini çəkməyib, çünki orada başqa gündəm hakimdir.
İsrail jurnalisti Ben Caspitin sözlərinə görə, son həmlə baş nazir tərəfdarlarının seçkidə fəallığı üçün nəzərdə tutulub, çünki Netanyahunun yenidən növbədənkənar seçkilərə keçirməsi gözlənilir.
Tərcümə: Strateq.az