Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"İki aya vəziyyəti nəzarətə alacağıq"- Ərdoğandan ABŞ-a mesaj

 

"İki aya vəziyyəti nəzarətə alacağıq" - Ərdoğandan ABŞ-a mesaj
“Türkiyə böyük təhlükələri sovuşdurdu, iki aya qalmaz vəziyyəti nəzarət altına alacağıq”

Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki iqtisadi duruma münasibət bildirərkən deyib.
Məzənnədəki dalğalanmaların qarşısını almaq üçün bir sıra tədbirlərin görülüdüyünü vurğulayan Ərdoğan, proses zamanı Türkiyəyə dəstək göstərən başda Almaniya olmaqla, Avropa İttifaqına təşəkkür edib.

“Bu müddət ərzində böyük təhlükələri sovuşdurduq. Bir sıra qərarlar qəbul etdik, görüşlər keçirdik. İki aya qalmaz vəziyyəti nəzarət altına alacağıq. Bu prosesdə başda Almaniya olmaqla, Avropa İttifaqı ölkələrinin dəstəyi çox önəmli idi. Angela Merkel mənə birbaşa zəng edərək, açıq dəstək verdi. Dedi ki, istəyirsinizsə, nazirimi göndərim. Onların bu mövqeyi çox önəmli idi. Bununla da Türkiyədə baş verəcək problemlərin, bütün Avropaya təsir etməsinin qarşısı alındı”, - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb.

Türkiyə prezidenti qeyd edib ki, iqtisadi çətinlikləri aradan qaldırmaq üçün Qətərvə Küveytlə təmasda olublar: “Bu ölkələrdən iqtisadi dəstək əldə etdik. Ancaq onlara da dolayısı ilə müəyyən təzyiqlər göstərilib”.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinin verdiyi siyasi dəstəyin, İranrəhbərliyinin mövqeyinin çox dəyərli olduğunu vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam