RUSİYANIN ABŞ SEÇKİLƏRİNƏ MÜDAXİLƏSİ SÜBUTA YETİRİLİR –Tramp yaxasını qurtarmağı bacardımı?
Devid Smit
"The Guardian", 17.02.2018
Xüsusi prokuror Robert Müllerin ofisi cümə günü, fevralın 16-da 2016-cı il prezident seçkilərinə müdaxilə haqda işdə ilk ittiham qərarını dərc edib. Beləliklə, Müller astaca bu işin artıq məğzinə yaxınlaşıb.
Yenixeber.org: Bundan başqa, xüsusi prokuror, Donald Trampın bu kampaniyaya ağlasığmaz miqyas və çapda təsirə görə Rusiyanın məsuliyyət daşımadığına hamını inandırmaq cəhdlərinə həmişəlik nöqtə qoyub. MKİ-nin keçmiş direktoru Maykl Hayden bu kampaniyanı 11 sentybar teraktının siyasi ekvivalenti adlandırıb.
Lakin Müller prezidentin və ya seçkiqabağı qərargahı təmsilçilərinin Hillari Klintona seçkiləri udmağa mane olmaqdan ötrü Rusiya ilə bilə-bilə əməkdaşlıq etdikləri haqda hələlik heç bir inandırıcı dəlil təqdim etməyib.
Trampın reaksiyası tamamilə gözlənilən olub. “Rusiya özünün antiamerika kampaniyasına 2014-də, prezidentliyə namziədliyimi irəli sürəcəyimi bildirəndən xeyli qabaq başlayıb. Seçkilərinn nəticələrinə təsir olmayıb. Trampın seçkiqabağı qərargahı pis heç nə etməyib”, – Tramp Floridaya yollanmazdan qabaq Tvitterdə yazıb.
Cümə günü dərc edilən, 13 Rusiya vətəndaşı və Rusiyanın üç şirkətinə qarşı ittiham irəli sürülən qərara əsasən, onların kampaniyasının “strateji hədəfi”Amerika daxilində nifaq yaymaqdan ibarət olub və 2014-cü ildə başladılıb.
“İnternet araşdırmaları agentliyi” adlı troll fabrikinin yaydığı onlayn təbliğat, birinci növbədə, “Hillari Klinton haqda ləkələyici materialları ehtiva etməli, Ted Kruz və Marko Rubio kimi namizdələrə qara yaxmalı, həmçinin Berni Sandersi və Donald Trampı dəstəkləməliydi”.
Bundan başqa, seçkilərə bir neçə gün qalmış buraxılan reklam çarxı Yaşıllar Partiyasından namizəd, əsas ştatlarda – Pensilvaniya, Miçiqan və Viskonsində Klintonun səslərinin bir qismini qoparmağa nail olmuş Cill Stayna irəliləmək imkanı yaradıb.
Özünü Trampın tərəfdarları kimi qələmə verən rusiyalılar və Trampın Black Lives Matter kimi əleyhdarlarının qrupları seçkiqabağı müxtəlif aksiyalar təşkil ediblər. Şübhəsiz, Klinton tərəfdarları onların namizədinin mövqeyini sarsıtmağa şüurlu cəhdlərin edildiyini bildirən bu ittiham qərarından faydalanacaqlar. Lakin Tramp tərəfdarları Sanders və Staynın da bu kampaniyadan mənfəət götürdüyünü bildirməklə onlara cavab verməyə tələsəcəklər. Bu, Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin təməlində daha çox Vladimir Putinin Klintona şəxsi düşmənliyinin və yaxud hərc-mərclik yaymaq istəyinin durduğu haqda nəzəriyyənin təsdiqi kimi görünə bilər.
İttiham qərarında habelə deyilir ki, rusiyalılar “heç nədən şübhələnməyən şəxslərlə” və başqa siyasi fəallarla təmasda olublar ki, öz fəaliyyətlərini onlarla uzlaşdırsınlar. Bu cür dürüst yığcamlıq – “heç nədən şübhələnməyən şəxslər” – Tramp üçün əsil qurtuluş olub.
Ehtimal ki, Trampa xeyli fayda gətirmiş mətbuat konfransı zamanı baş prokuror müavini Rod Rozenşteyn etiraf edib ki, bu ittiham qərarının 37 səhifəsində Trampın seçkiqabağı qərargahından kiminsə Rusiyanın kampaniyasında iştirak etdiyi və bu kampaniyanın seçkilərin nəticələrinə necəsə təsir etdiyi haqda heç nə deyilməyib.
Ağ Evin keçmiş mətbuat katibi Ari Fleyşer Tvitter-də yazıb: “Bu qərar demokratların ən ciddi ittihamlarını zəmindən məhrum edir ki, Tramp işbirliyinə girişib. İşbirliyi olsaydı, bu gün bundan xəbərimiz olardı”.
Lakin bu, hələ son deyil. Əvvəllər Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri və seçkiqabağı qərargahının keçmiş başçısı daxil olmaqla dörd amerikalıya ittiham elan olunub. Ağ Evin keçmiş baş strateqi Stiv Bennonu bu həftə 20 saat ərzində sorğuya tutublar.
Təmsilçilər Palatası kəşfiyyat məsələləri üzrə komitəsinin üzvü Adam Şiffincümə günü, fevralın 16-da qeyd etdiyi kimi, bu ittiham qərarı rusiyalıların Amerika seçkilərinə müdaxiləsində amerikalıların – o cümlədən Trampın seçkiqabağı qərargahı təmsilçilərinin – onlara şüurlu şəkildə yardım edə bilib-bilmədiyi haqda məsələni açıq saxlayır.