Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Mikayıl Cabbarovun kadrına qarşı şok iddia!

 

 

    Xocalı rayonunda kənd təsərrüfatı mütəxəssisi məktəb direktoru təyin olunub

 

      “Xeberinfo.com”: Redaksiyamıza Xocalı rayon Təhsil Şöbəsi ilə bağlı ilginc məlumat daxil olub. Məlumata görə Xocalı rayon təhsil şöbəsinin müdiri Şakir Əliyevin Əhməd Cavadov adına Cəmilli kənd orta məktəbinə Məlahət Xeyrulla qızı İsmayılova adlı bir şəxsi direktor təyin etmək niyyəti birmənalı qarşılanmayıb. Aidiyyatı orqanlar üçün maraqlı olacaq, eləcə də Xocalı rayon ictimaiyyətini təəccübləndirən məqam isə yalnız Məlahət İsmayılovanın ixtisasca baytar olması ilə bağlı deyil. Məsələ ondan ibarətdir ki, bu məktəbə əvvəllər rəhbərlik etmiş, qanunsuz əməllərinə görə həbs edilmiş Baxışov İnqilab Subat oğlu yeni direktor Məlahət İsmayılovanın həyat yoldaşıdır.

Belə görünür ki, qanunsuz əməllərinə görə həbs edilmiş direktorun yerinə onun ixtisasca pedoqoq olmayan həyat yoldaşını təyin etmək Mikayıl Cabbarovun təhsil islahatlarından hesab oluna bilər(?) Hansısa dövlət müəssisəsi, o cümlədən də dövlət təhsil ocağı kimsənin şəxsi mülkü deyil ki, bir ailə üzvündən digərinə keçsin. Özüdə necə?

Mənbəmiz bunun Xocalı təhsil şöbəsindən yalnız bir fakt olduğunu bildirdi. Həm Təhsil Şöbəsinin aparatında, həm də ayrı-ayrı məktəblərdə baş alıb gedən özbaşınalıqlarla bağlı geniş məlumat verdi. Hələlik məlum səbəblərdən bu istiqamətdə geniş yaza bilmirik.

     Məlumata görə bütün bunlara səbəb Xocalı rayon təhsil şöbəsinin müdiri Şakir Əliyevin bu vəzifəyə rayon icra hakimiyyəti başçısının razılığı olmadan təhsil naziri Mikayıl Cabbarov tərəfindən təkidlə təyin edilməsidir.

Bu məlumatlarla bağlı qarşı tərəfin mövqeyni öyrənməyə cəhd etsək, nəticə olmadı. Lazımı araşdırmalarla mövzunu davam etdirəcəyik.

 

 

   

 

      Aydın

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam