VAŞİNQTONDA KRİTİK HƏFTƏ –Gözlər yenidən Trampın atacağı addımlara dikilib
Sərdar TURQUT,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 09 yanvar 2018-ci il
Yenixeber.org: Bu şəhərdə müxtəlif prezidentlər dövründə jurnalistlik etmək imkanım oldu. Vaşinqton, demək olar ki, hər dövrdə adi həyatı ağır olan şəhərdir. Hər hansı bir həftəni götürsəniz, mütləq Türkiyə baxımından kritik önəmdə olan bir toplantı və görüşün gündəlikdə olduğunu görə bilərsiniz.
Şəhərin alışılmış gündəlik həyatı içində boğulma, yəni, ağacı izləyəcəyəm deyərkən, meşənin bütünü haqqında fikir sahibi olmamaQ təhlükəsi hər zaman mövcuddur. Sizə izlədiyim hər toplantı, dinlədiyim hər çıxış haqqında yazı yazmadığımı görürsünüz. Bu, şəhəri incələyib sizə anlada bilmək üçün özümə çox öncədən cızmış olduğum iş metodunun nəticəsidir.
Dinlədiyim, öyrəndiyim görüş və müzakirələr özü-özlüyündə, təbii ki, önəmli ola bilər. Amma onların Vaşinqtonda pərdə arxasında baş verənlərlə əlaqəsi qurulduqda, gözdən uzaqda yaşananlarla əlaqəsi müəyyən edildikdə önəmləri daha da artır.
Mən bu şəhərin həyatımızın bu anında bizim baxımımızdan mənasının nə olduğunu anlada bilmək üçün yolu belə tapdım. Tək-tək ağacları deyil, bütün meşəni vəhşiliyilə birlikdə anlatmağa çalışıram. Sizə elə gələ bilər ki, alışılmış gündəlik həyatda olanı görmürsünüz, ancaq onun mənalarını, əks olunmalarını ən yaxşı şəkildə görməniz üçün çalışıram.
Bir müddətdir ki, içimi belə tökməyi planlaşdırırdım, lakin alışılmış gündəlik həyatın xeyli kritik olduğu bir həftə içində olduğumuzdan, bunun həmən edilməsinin lazım olduğuna qərar verdim.
Kritik qərar
11 yanvar günü prezident Tramp Konqresdən necə bir mövqe istəyəcəyinə açıqlıq gətirəcək. Konqres Obama dövründə, İran nüvə sazişinə uyğun davrandığına görə, sazişi təsdiq etmişdi. Obama da İrana qarşı tətbiq edilən bəzi sanksiyaların yumşaldılmasına qərar vermişdi.
Bu çərşənbə günü Tramp, Konqresdən İrana qarşı necə mövqe tutulmasını istəyəcəyini açıqlayacaq və ertəsi günü də sanksiyalar haqqında yeni qərarını verəcək. Yəni, onun daha öncə Obamanın yumşaltdığı sanksiyaları yenidən qoyub-qoymayacağı və ya onların bu yumşaldılmış halları ilə davam edib-etməyəcəyi aydın olacaq.
ABŞ Konqresində bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Bir qrup İranda hakimiyyətə qarşı etirazları davam etdirən insanlara dəstək verilməsi üçün sanksiyaların sərtləşdirilməsindən yanadır. Digər qrup isə sanksiyaların sərtləşdiriləcəyi halda, bunun onsuz da İranda mövcud olan antiamerika əhval-ruhiyyəsini daha da gücləndirəcəyini, İrandakı hakimiyyətin də bu durumu öz lehinə istifadə edəcəyini söyləyir. Ağ evdəki qaynaqlar, hər iki mümkün inkişaf ssenarisinin MKİ tərəfindən Trampa təqdim edildiyini, onun da öz mövqeyini buna görə müəyyən edəcəyini deyirlər.
Diqqətlə izlənməli
Buradakı bəzi mütəxəssislər deyir ki, “Prezident Trampın bu məsələ ilə bağlı olaraq, hansı əsaslara görə mövqe tutacağını Türkiyə də yaxından izləməlidi”. Çünki Tramp bu dəfə, xüsusən də “İran hakimiyyətinə qarşı bir çevriliş reallaşsın deyə”, hədəfi dəqiq olan sanksiyalar (targeted sanctions) düşünür. Yəni, İran prezidenti ilə dini liderinin, ayrıca İran İslam İnqilabı Keşikçilərinin (İİİK) bəzi önəmli komandirlərinin və bəzi qurumların birbaşa adını verərək, sanksiya tətbiq etmək istəyir.
Şübhəsiz, bu, ABŞ-ın əlində olan təsirli bir silahdır, lakin eyni zamanda əks effekt verməsindən də qorxulan bir silahdır. Bu vasitənin istifadə edildiyi halda, yönəldiyi ölkədə gözləndiyindən çox fərqli nəticələrə yol açması və ABŞ-ın uzunmüddətli maraqlarını sarsması ehtimalı da mövcuddur. Tramp bu həftə necə qərar verəcəyini göstərəcək.
Vaşinqtonda, Konqresdəki bəzi önəmli və təsirli şəxslər, Türkiyəyə yönəlik olaraq da hədəfi aydın və açıq olan sanksiyaların zamanının gəldiyindən söz edirlər. Burada məsələləri yaxşı bilən qaynaqlar deyir ki, “Bu üzdən, İran məsələsində Trampın hansı mövqeyi sərgilədiyini Türkiyə yaxşı təhlil etməlidi”.
Türkiyənin gələcəyi
Vaşinqtondakı Xarici Əlaqələr Şurasında (Council of Foreign Relations) Türkiyənin gələcəyi və Türkiyə-ABŞ münasibətləri müzakirə olunacaq.Natiqlər ABŞ-ın həm Türkiyədə, həm də İraqda sabiq səfiri olan Ceyms Cefri(James Jeffrey) ilə alim Henri Barki (Henri Barkey) olacaq.
Xatırlayırsınızsa, Henri Barki 15 iyul çevriliş təşəbbüsü zamanı Böyükadada keçirilən bir toplantıda olması səbəbilə, çevrilişin planlaşdıranları arasında olmaqda ittiham edilmişdi. O, daha sonra yazdığı yazılarda bunu rədd etdi, ancaq bu, Türkiyədə onun adı ilə bağlı irəli sürülən spekulyasiyaları ortadan qaldırmağa yetmədi.