Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DÜNYANIN DİQQƏTİ SOÇİDƏ:Türkiyə meydandakı uğurunu masada da təkrarlaya biləcəkmi?

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 29 yanvar 2018-ci il

 

Yenixeber.org: Bu gün Soçidə Rusiyanın himayəsində başlayacaq Suriya Milli Dialoq Konfransına Moskva tərəfindən 1600 nəfərə dəvət göndərildiyini söylərsəm, hər halda, Suriya məsələsində nə qədər qarışıq, nə qədər çətin bir müzakirə mərhələsinin yaşandığı aydın şəkildə görünər. Təkbaşına onsuz da çətin və qarışıq olan bu proses bir də buna paralel olaraq gedən, ABŞ-ın təsiri altında olan, Cenevrədə 9 dəfə keçirilən və indi də Vyanada davam etdirilən BMT-nin Suriya prosesilə daha da mürəkkəb hala gəlir.

 

Qlobal güc mübarizəsi

 

Qlobal güc rəqabətlərinin oxunu Suriya mərkəzli edən ABŞ, öz təsirinin çox olduğu Vyana/Cenevrə prosesinin əsl müəyyənedici və daha əhəmiyyətli olduğunu və Soçidə Rusiyanın təsiri altındakı prosesin sadəcə Vyana prosesinin tamamlayıcısı olduğunu, Rusiya isə bunun tam əksini iddia edir. Əsas gücü Türkiyə, Rusiya və İranın təşkil etdiyi Astana prosesinə müşahidəçi göndərən ABŞ-ın bu dəfə bu gün başlayacaq Soçi konfransına qatılmayacağı söylənilir.

Yəni, anlayacağınız odur ki, Suriyanın gələcəyi haqqında müəyyənedici sözü kimin söyləyəcəyi uğrunda mübarizə masada bütün şiddətilə davam edir.

 

Türkiyənin təsiri

 

Bu üzdən, bu gün Soçidə başlayıb iki gün davam edəcək konfransın necə gedəcəyi və Türkiyənin istəklərinin nə qədərinin reallaşacağı son dərəcə önəmlidir.

Əslində, Soçi konfransı daha öncə keçiriləcəkdi, amma Astana prosesində Rusiya ilə davamlı olaraq birlikdə işləyən Türkiyə, konfransa çağırılması düşünülən bəzi nümayəndə heyətlərinə veto qoymuşdu. Bu üzdən, Soçi konfransının keçirilmə tarixi bu günə sürüşdürüldü.

Təxmin ediləcəyi kimi, Türkiyənin ən böyük etirazı konfransda Şimali Suriyanı, xüsusilə Fərat çayının şərqindəki bölgəni kimlərin təmsil edəcəyilə bağlı idi.

YPG-ni ABŞ nəzarətindən çıxararaq, öz tərəfinə çəkmək üçün manevrlər edən Rusiya ilk öncə onun təmsilçilərini də konfransa çağırma arzusunda idi.

Türkiyənin buna etiraz etməsindən və “O zaman biz konfransdan çəkilərik”deyərək, təhdid etməsindən sonra Moskva bu israrından vaz keçib, bir ara formul tapmağa çalışdı.

Nəticədə, bu gün Soçidə başlayacaq toplantıya Fəratın şərqini və şimal bölgəsini təmsilən bölgənin etnik strukturunu təmsil edən bütün qrupların çağırılacağı, amma Türkiyənin veto qoyduğu adların olmayacağı söyləndi.Anlayacağınız odur ki, bu gün konfransda kürd qruplarını təmsil edən nümayəndələr olacaq, lakin YPG və PYD ilə birbaşa bağlı olan adamlar olmayacaq. Bu yazı yazıldığı anda belə, YPG-dən bunu təkzib edən açıqlamalar gəlməyə davam edirdi. Onlar özlərinin də toplantıda olacaqlarını israrla söyləyirlər. Bu gün kimin doğru dediyi aydın olacaq.

 

ABŞ-ın manevrləri

 

ABŞ davamlı olaraq Astana və Soçi proseslərinin təsirini azaltmaq və öz nəzarətində olan Cenevrə-Vyana prosesinin əsl müəyyənedici proses olduğunu sübut etmək üçün çalışır. ABŞ Cenevrə-Vyana prosesinin yavaş irəliləməsindən narahatdır. Bu üzdən, daha praktik və daha sürətli hərəkət edilməsi və Soçidən önə çıxılması üçün bir son an həmləsi etdi. ABŞ İordaniya, İngiltərə, Fransa və Səudiyyə Ərəbistanını da yanına alaraq, BMT-nin xüsusi təmsilçisi Stefan de Misturaya yavaş gedən prosesi sürətləndirmək üçün bəzi təkliflər verdi.

Təklifdə diqqətin həmən indi islah edilmiş konstitusiyaya və azad və ədalətli seçkinin keçirilməsinə verilməsi istəndi.

ABŞ daha öncə bu təklifin verilə bilməsi üçün Əsədin gələcəyilə bağlı anlaşma əldə edilməsi şərtinin axtarılmamasının lazım olduğunu söyləmişdi.

ABŞ Əsədin iqtidardan əl çəkdirilməsi görüşündən rəsmən vaz keçmiş deyil, amma məsafə qət etmək üçün bunun öncəlikli olaraq qərarlaşdırılmasının lazım olduğunu düşünmür. Bu sürətlənmə təklifinin Cenevrədə qəbul edilməsi elə də mümkün görünmür.

Yəni, həm bu gün başlayacaq Soçi konfransında, həm də buna paralel olaraq gedən Vyana görüşmələrində ABŞ ilə Rusiya və təbii ki, Türkiyə tamamən qarşı-qarşıya gəlmiş durumdadırlar.

Vaşinqtonda onsuz da mürəkkəb vəziyyətdə olan görüşmələrin Türkiyənin Afrin əməliyyatı və bunun Fəratın şərqinə keçirilməsi ehtimalı ilə daha da çətinləşdiyi və qarmaşıqlaşdığı bildirilir.

Hər iki prosesin də həll etməkdə çətinə düşdüyü başlıca problemlər aşağıdakılardır.

1. YPG-nin Şimali Suriyadakı mövqeyi nə olacaq? Rusiyanın daha öncə hazırlamış olduğu, Suriyaya güclü mərkəzi olan konfederativ bir quruluş təklif edən konstitusiya hazırlığı masada tutulacaqmı və buna Türkiyənin münasibəti, Rusiyaya baxmayaraq, nə olacaq?

2. Əsədin Suriyanın siyasi gələcəyi daxilindəki rolu nə olacaq? Əsəd olacaqmı?

Bütün bunlar iki gün boyunca, bu gündən etibarən intensiv müzakirə olunacaq. Vaşinqton öz münasibətini, reaksiyasını Soçidən alacağı məlumatlara görə müəyyən edəcək. Mən də Vaşinqtonda bunları izləyəcəyəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam