Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİN NİYƏ GERİ ÇƏKİLİR? –213 milyardlıq varidata sahib rus oliqarxiyası ilə görüşün görünməyən üzü - TƏHLİL

Roman Dobroxotov

“Al-Jazeera” (Qətər)

 

Yenixeber.org: Dekabrın 21-də Rusiyanın dövlət başçısı Vladimir Putin Kremldə rus oliqarxlarla görüşdü. İştirakçılar 213 milyard dollar həcmində, demək olar ki, Rusiya federal büdcəsi qədər varidata sahibdirlər. Buna görə də, Putinin gələcək prezident seçkisindən əvvəl onlarla görüşmək və sədaqətlərini təmin etmək istəyi təəccüb doğurmur.

Son vaxtlara qədər bu cür görüşlər ildə bir dəfə baş verirdi, lakin bu, 2017-ci ildə üçüncü oldu.

Nə üçün Kreml bu cür görüşlərə bu qədər həvəslidir? Rusiya oliqarxlarının əlaqələrini yaxından təqib edənlər üçün bunu təxmin etmək çətin deyil.

Noyabrın 22-də Rusiya oliqarxı və senatoru Süleyman Kərimov (6,3 milyard $ sərvət sahibi) Nisdə saxlanılıb və indi pulların yuyulması ilə bağlı ittiham olunur.

Dekabrın 13-də Rusiyanın "Alfa Bank" şirkətinin Hollandiyadakı filialında axtarış aparılıb və bölmənin aktivləri dondurulub. Bank Mixail Fridman, Pyotr Aven, Aleksey Kuzmiçov və German Kana (35,6 milyard $) məxsusdur.

Həmçinin dekabrın 13-də “Daily Beast”in istintaqı Mixail Proxorovun (8,9 milyard $) “FBME” bankının Kipr filialında 23 hesabının olduğunu açıqlayıb. Bank lisenziyasını itirib və ABŞ onu pul yuma əməliyyatını asanlaşdırmaqla ittiham edildikdən sonra müştərilərin hesabları dondurulub.

Putinin yaxın dostu, “Novatek” şirkətinin sahibi Gennadi Timçenko (16 milyard $) hələ də ABŞ sanksiyaları altındadır. Timçenkonun tərəfdaşı və “Novatek”in həmsahibi olan Rusiyanın ən varlı adamı Leonid Mixelson (18,4 milyard $) da sanksiya ilə təhdid edilir.

Rusiyanın ən böyük özəl neft şirkəti olan “Lukoil”un sahibləri Vahid Ələkbərov(14,5 milyard $) və Leonid Fedun (6,3 milyard $) da sanksiya siyahısındadır. Dmitri Rıbolovlev (7,3 milyard $) və Viktor Vekselberq (12,4 milyard $) daxil olmaqla, sanksiyalarla üzləşmiş digər rusiyalı oliqarxlar var.

Başqa sözlə, Rusiyanın ən böyük oliqarxlarının təxminən yarısı xaricdə çətinliklər yaşayır; digər yarısı, ABŞ sanksiya siyahılarını genişləndirdiyinə görə, 2018-ci ilin fevral ayından “qara cədvəl”ə düşə bilər.

Əlbəttə, bu siyahıya daxil olma ehtimalı olan oliqarxlar Kremlə ən yaxın olan şəxslərdir. Bir sıra rus müxalifət liderləri bu məsələdə məsləhət verərək, ABŞ rəsmiləri ilə fəal əməkdaşlıq edirlər.

Rusiyanın oliqarxik sistemində sərmayə artımı üçün ən mühüm hesab edilən Putinə yaxınlıq indi ciddi riskə çevrilir. Yaxın günlərdə “Reuters” xəbər verib ki, 2018-ci ilin fevral ayından etibarən yeni sanksiyaların elan edilməsi ilə bağlı Rusiyanın bəzi zənginləri Kremlin tədbirlərində daha az görünməyə çalışırlar.

Rusiya oliqarxiyası Qərbdən çox asılıdır, buna görə də, sanksiyalarla əlaqədar bu cür addımlar təəccüblü deyil.

Çox yaxın keçmişdə Putinin beynəlxalq səhnədə etdiyi hərəkətlərlə görə tam cəzasız qaldığı təəssüratı vardı. Kreml bütün cəbhələrdə döyüşməyə, Ukraynaya və Suriyaya qoşun göndərməyə, haker və trollarla Qərb ölkələrində seçkilərə müdaxilə etməyə, hətta Balkan ölkəsində çevriliş təşkil etməyə çalışmışdı. Qərbin təpkisi əvvəlcə yavaş və zəif idi, amma nəhayət, təzyiq qazanaraq hətta sanksiyaların kənarına çıxdı.

Ukraynada Malayziyaya məxsus “Airlines MH17” təyyarəsinin qəzasının araşdırılması ilə məşğul olan birgə istintaq qrupu istintaqda irəliləyərək, yanvar ayında bir rus generalını ittiham etməyi planlaşdırır. Rusiya qaz boru xətti layihəsi – "Nordstream 2" (Baltik dənizi boyunca inşa ediləcək, Rusiyadan Almaniyaya uzanmalıdır) də, avropalı tərəfdaşlar geri çəkildiyindən, sual altındadır.

Putin artıq beynəlxalq vəziyyətin gerçəkdən dəyişdiyinin fərqinə varıb.Dəhşətli iqtisadiyyat və gələcək Dünya Kuboku yarışları Qərblə münasibətləri bir qədər düzəltməyə vadar edir. O, bir addım geri çəkməyə hazır görünür. Rusiya qoşunlarının Suriyadan çıxarılmasını artıq elan edilib və BMT-nin sülhməramlılarının Ukraynanın müharibə gedən Donbas regionunda yerləşdirilməsi və Kiyevlə məhbus mübadiləsi üçün danışıqlara başlanılıb. Son aylarda Kremlin haker hücumlarının yeni, bilinməyən halları da yoxdur və troll faktorları da sakitləşib.

Sonuncu açıq mətbuat konfransında Putin növbəti prezidentlik müddətinə dair strategiyasını açıqlamayıb. O, həqiqətən, bu cür tədbirlərdə baş verən böyük bəyanatlar verməkdən çəkindi; bu yaxınlaradək qüvvədə saxladığı təcavüzkar ritorikanın izi artıq Putinin çıxışında yox idi.

Hər halda, qəbul edilən geri çəkilmə strateji baxımdan daha çox taktiki gediş ola bilər. Qərbdə “düşmən” olmadan Putin daxili legitimliyinin çoxunu itirə bilər. Bu, rus xalqının qarşıdurma arzuladığı anlamına gəlmir; əksinə, sonuncu sorğu göstərir ki, əhalinin 75%-inin fikrincə, ABŞ və digər Qərb ölkələri ilə münasibətlər yaxşılaşmalıdır. Burada heç bir ziddiyyət yoxdur: Putin münasibətləri necə inkişaf etdirmək istədiyindən danışır, amma Qərb Rusiyanın güclənməsindən qorxur və bu cür cəhdlərə maneə törətməyə çalışır.

Rusiyada iqtisadi vəziyyətin pisləşməsi təbliğatın intensivləşdirilməsi ilə kompensasiya edilir: Qərbə dair hər gün yayımlanan həftəlik müzakirələrə baxmayaraq, televiziya reytinqləri düşür. Amma Putinin seçimi yoxdur – neftin aşağı qiyməti ilə, özünə "düşmən" olmadan bazasını səfərbər etmək çətin olardı.

Bu o deməkdir ki, Putin yalnız Qərb təzyiq göstərdikcə geri çəkiləcək və bu, bir addımdan artıq olmayacaq. O artıq hücumda deyil, indi geri çəkilir və izləyir. Qərbin Kremlə nə qədər təzyiq göstərməyə hazır olduğu da qeyri-müəyyəndir və sanksiya siyahısına yeni adlar daxil ediləcək meyarlar hələ də açıq deyil.

Paradoksal olsa da, belə qeyri-müəyyənlik atmosferi sanksiyaları gücləndirir. Rusiya elitasını idarə etmək üçün Putin qeyri-müəyyənlikdən istifadə etməyi çox sevir, amma indi bu oyunu oynayan həm də Qərbdir. Sanksiyaların şiddəti hər kəsi narahat edir, amma Putinlə eyni fotoşəkildə görünməyi heç kəs istəmir.

Bəlkə də buna görə dekabrın 21-də Putinlə görüşən oliqarxlar masanın ətrafında əlifba sırasında oturmuşdular. Rusiya prezidentinin yanındakı kreslo elə “isti” idi ki, adamlar protokoldan yayınmaq üçün əllərindən gələni etdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam