Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

2 yaşlı Zəhranın qanlı fotosu nümayiş etdirildi -NATO-nun tədbirində

m2

 

NATO Parlament Assambleyasının  Ukrayna  paytaxtı Kiyevdə keçirilən 95-ci “Rose-Roth” seminarında Azərbaycanli millət vəkili Məlahət İbrahimqızı erməniləri işfası qalmaqalla nəticələnib.

Yenixeber.org:   YAP-çı deputat Füzulidə ermənilərin qadını və 2 yaşlı uşağı öldürməsi faktından danışaraq, qan içində olan Zəhranın fotosunu nümayiş etdirib.

Belə ki, Məlahət İbrahimqızı Füzulidə baş verən qanlı olayla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanan bəyanatı da təqdim edib. O bildirib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini diplomatik yolla həll etməyə üstünlük verdiyi halda erməni silahlı qüvvələrinin atəşkəsi pozması, bəşəri cinayətə əl atması Ermənistanın bu məsələdə işğalçılıq siyasətində israrlı olmasından xəbər verir:” İki yaşlı məsum körpənin artilleriya atəşi ilə öldürülməsi hansı müharibə qanunlarında var? İndiki prezident Serj Sarkisyan 1992-ci il 26 fevralda Azərbaycanın Xocalı qəsəbəsində törətdikləri soyqırımının mahiyyəti ötən gecə Füzuli rayonumuzda təkrarlandı. Bu faktlar artıq erməni silahlıları tərəfindən Azərbaycana qarşı ənənə halına çevrilir. Dünya buna nə vaxtadək susacaq?”.

m1

Millət vəkilinin bu çıxışı və qanlı fotonu nümayişi faktı  nümayəndə heyətləri arasında şok yaradıb. Hər kəs anidən üzünü erməni deputatlara tuşlayaraq, onları nəzərləri ilə qınayıb.

Ermənistan nümayəndə heyəti adından deputat Koryun Nahapetyan isə iclasda bu məsələnin müzakirəsinin və fotoların nümayişinin dayandırılmasını tələb edib. Nümayəndə heyətləri arasında mübahisə düşüb. Buna görə erməni deputatlar qınanıb. İclasa sədrlik edən NATO PA-nın vitse-prezidenti Osman Aşkın Bak Ermənistan nümayəndə heyətinə xəbərdarlıq edib.

 

mal3

Gununsesi.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam