Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nazirlikdən Nəcməddin Sadıkovla bağlı açıqlama

76561

Vaqif Dərgahlı: “Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə sosial şəbəkələrdə və bir sıra saytlarda gedən materiallar dezinformasiyadır. General-polkovnik vəzifəsinin başındadır”

Xeberinfo.com:   Müdafiə Nazirliyi Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun istefası məsələsinə aydınlıq gətirib. Sputnik-in bu barədə sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, Nəcməddin Sadıkov barədə yayılan məlumatların heç bir əsası yoxdur: “Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə sosial şəbəkələrdə və bir sıra saytlarda gedən materiallar dezinformasiyadır. General-polkovnik vəzifəsinin başındadır”.

“Bəzi üzdəniraq saytlarda Ordumuza qara yaxmaq, böhtan xarakterli və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan yazılar dərc olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən buna münasibət bildirilib. Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı var”, — deyə V. Dərgahlı bildirib.

Onun sözlərinə görə, mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər: “Onlardan fərqli olaraq Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd — torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixioloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər”.

“Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”, — MN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün ölkənin bir sıra KİV-lərində və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam