Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiya Ermənistanı, yoxsa Azərbaycanı cəzalandiracaq?

 

“Rusiyanın qərarı tezliklə bəlli olacaq, Azərbaycanı, yoxsa Ermənistanı cəzalandırsın”. 

"Xeberinfo.com": Bu fikri Ermənistanın sabiq xarici işlər naziri, deputat Aleksandr Arzumanyan bugünkü mətbuat konfransında deyib. 

“Şəxsən mən Ermənistanı sivil Avropa ailəsində görürəm və qəti şəkildə Avrasiya, Gömrük ittifaqlarına qoşulmağın əleyhinəyəm. Üstəlik, bu qurumların təsisçiləri türkdilli ölkələrdir. Rusiya üçün çox vacib idi ki, Ukraynanı Gömrük və Avrasiya ittifaqlarına cəlb eləsin, Ermənistanı yox”, - deyə Arzumanyan vurğulayıb.

Sabiq nazirin sözlərinə görə, hələ ki Rusiyanın başı Qərblə münasibətləri aydınlaşdırmağa qarışıb və yalnız ondan sonra Ermənistanın üzvlüyü məsələsinə baxacaq. Onun qənaətincə, texniki xarakterli bir neçə məsələ var ki, onlara görə qəbul ləngiyir: “Rusiya iqtisadi resurslara malik Azərbaycanı quruma qoşmağa cəhd edəcək. Həmçinin, öz tərəfdaşları ilə münasibətləri aydınlaşdırmağa çalışacaq. Odur ki, üzvlükdən imtina edən Azərbaycanı, yoxsa özünü necə aparmasından asılı olmayaraq Ermənistanı cəzalandırmaq barədə qərar verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam