Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Barrozonun səfərini uğurlu hesab edirəm”

 

 

 

    "Xeberinfo.com": Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozonun Azərbaycana səfəri başlayıb. Səfər zamanı Barrozonun ölkə başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub.

Dövlət başçısı ilə Avropa Komissiyasının sədri arasında keçirilən görüşdə  Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Barrozonun səfərinin Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından önəmi qeyd edilib.

Barrozo Azərbaycana səfərinin çox uğurlu alındığını vurğulayıb: “Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın vaxtlarda işi başa çatdıracaq və mən Ilham Əliyevi Brüsseldə qarşılaya biləcəyəm, mühüm razılaşmanı imzalaya biləcəyik”.

İyunun 17-ə isə Putin komandasının iki mühüm fiqurunun - xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini Dmitri Roqozinin Bakıya səfəri gözlənilir.

 

Politoloq Vəfa Quluzadə deyir ki, Rusiya bunu normal qarşılamalıdır: “Azərbaycanın Avropayla çox inkişaf etmiş əlaqələri var. O ki qaldı Azərbaycanın Avropa inteqrasiya etməsinə bu da olacaq. Azərbaycan SSRİ dağılandan sonra inkişafı Qərb yönümlüdür, Qərbə doğrudu. İqtisadi məsələlər, başqa kommunikasiyalar Türkiyənin, Gürcüstanın üzərindən Qərbə yönəlibdi. Rusiya bununla barışıbdı. Hesab edirəm ki, bundan sonra da barışacaq. Rusiya Azərbaycanı Gömrük İttifaqında görmək istəyir. Ancaq bunu qeyri-real hesab edirəm. Ümumiyyətlə, Gömrük, Avrasiya İttifaqlarını qeyri-real hesab edirəm. Çünki könüllü deyil. Bunların hamısı Rusiyanın təsiri altında baş verən hadisədir. Məsələn, bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev qəribə qərar qəbul edib. ABŞ, İngiltərə, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Avropa ölkələriylə birtərəfli surətdə vizasız rejim elan edir. Bu ölkələrdən investisiyaları gözləyir. Bəs, Gömrük İttifaqı nə oldu? Deməli, Gömrük İttifaqına Nursultan Nazarbayev könüllü olmayaraq qoşulub. Nazarbayev Çinlə əlaqələri inkişaf etdirir.  Bu məsələlər gərginliklər yaradır. Rusiyanın arzusu ondan ibarətdir ki, Qərbin, NATO-nun qarşısına ittifaq çıxartsın. Bu balaca ölkələrdə nə Qərbin, nə də NATO-nun əleyhinə olmaq istəyir. Gömrük İttifaqı, Avrasiya İttifaqı balaca ölkələrin milli maraqlarına ziddir. Rusiya məqsədlərinə həmişə işğal siyasətiylə çatıbdı. Ona görə də indiki şəraitdə 14 respublikanı işğal edə bilsə, Gömrük İttifaqı yarada biləcək. Barrozonun səfərini uğurlu hesab edirəm”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam