Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya İrəvana təzyiq yolu ilə rayonları azad edə bilər”

asim molla

Rusiya Ermənistanı Azərbaycanın bəzi ərazilərini azad etməyə məcbur edə bilər.

Xeberinfo.com:   Bu sözləri millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili Ermənistanın hazırda tamamilə Rusiyanın nəzarəti altında olduğunu bildirib:

“Rusiya da təbii olaraq Ermənistanı sülh istiqamətində addım atmağa məcbur edə bilər. Söhbət ondan gedir ki, Rusiya İran və Azərbaycanla “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində yeni layihə həyata keçirmək istəyir. Azərbaycanı işğal olunmuş ərazilərinin hələ də Ermənistanın nəzarətində olması sözügedən və digər enerji sahəsindəki layihələr üçün çox ciddi maneədir. Ona görə də, prinsipcə, istisna deyil ki, Rusiya Ermənistanı Azərbaycanın bəzi ərazilərini azad etməyə məcbur edə bilər. Sərkisyan rejimi məhz bunun qarşısını almaq üçün bir neçə şou təşkil etdi ki, guya Ermənistanda ona qarşı çox ciddi müqavimət var. Məqsəd isə İrəvana təzyiqi əngəlləmək idi. Zənnimcə, Rusiya İrəvana təzyiq yolu ilə rayonları azad edə və mühüm beynəlxalq layihələrin qarşısındakı əngəli aradan qaldıra bilər”.

Qeyd edək ki, Serj Sərkisyan Vladimir Putinin dəvəti ilə avqustun 10-da Moskvaya səfər edəcək.

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam