Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ermənistanın Yaqlandın bəyanatı ilə bağlı səsləndirdiyi fikirlər insani düşüncədən kənardır" -Deputat

Deputat: Ermənistanın Yaqlandın bəyanatı ilə bağlı səsləndirdiyi fikirlər insani düşüncədən kənardır

 

“Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyasının sədri Naira Zoqrabyanın Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağıran bəyanatı barədə səsləndirdiyi qərəzli fikirlər insani düşüncədən kənardır”. 
Xeberinfo.com:   Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, əgər N.Zoqrabyan normal düşüncəyə malik olsaydı, bu cür mövqedən çıxış etməzdi: “Avropa Şurası baş katibinin beynəlxalq humanitar hüquqdan və konvensiyalardan irəli gələn tələbləri ilə bağlı beynəlxalq hüquq prinsiplərinə zidd siyasət yürüdən Ermənistan nümayəndəsinin başqa mövqedən çıxış etməsi təbii ki, çətin olardı. Onlar daim bu cür mövqedən çıxış edirlər və AŞPA çərçivəsində də Ermənistan nümayəndə heyətinin bütün fəaliyyəti işğalçı siyasətlərini davam etdirməyə yönəlir. Onlar öz işğalçı siyasətləri, o cümlədən Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı və digər qırğınlar barədə beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltməyə çalışırlar”.
Deputat bildirib ki, Ermənistan tərəfi bu cür qərəzli, beynəlxalq prinsiplərə zidd və təxribat xarakterli bəyanatlar səsləndirməklə Azərbaycan tərəfi ilə görüşlərdən boyun qaçırmağa çalışır: “Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA çərçivəsində alt-komitə yaradılıb, lakin Erməistan tərəfinin birtərəfli qaydada görüşlərdən imtina etməsi səbəbindən uzun illərdir ki, bu alt-komitə fəaliyyət göstərə bilmir. Ermənistan prezidenti Serj Sarkisyan da AŞPA-da çıxış edərkən quruma göstəriş formasında çatdırmışdı: "Siz nahaq yerə bu alt-komitəni yaratmısınız, biz bunu istəmirik və bu alt-komitə fəaliyyət göstərməyəcək”. Göründüyü kimi bu səbəblərdən də alt-komitə fəaliyyət göstərə bilmir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam