Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rövşən Rzayev:"AŞPA-da bəzi deputatlar erməni işğalını ört-basdır edir"

 

"AŞPA-da bəzi deputatlar erməni işğalını ört-basdır edir"

“Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında öz marağında olan bütün məsələləri qaldıracaq” 

Yenixeber.org: Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanlı deputatlar AŞPA-nın qış sessiyasında hazırlıqlı vəziyyətdə iştirak edəcək: 

“Yeni ilin ilk sessiyasında müəyyən prosedur qaydaları həyata keçiriləcək. Gözləyirik ki, Azərbaycan sessiyada öz marağında olan bütün məsələləri qaldıracaq və cavablarını tapacaq. Biz öz fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycanın bütün istiqamətlərdə problemlərini birgə müzakirə etməyə hazır olduğunu bütün dünya görür. Amma, Ermənistan yalançı siyasətlə özlərinin daxilində olan insan haqları ilə bağlı məsələləri, terrorçuları dəstəkləmə proqramları, faşizmə dəstəklərini ört-basdır edirlər. Azərbaycan isə bütün məsələlərdə açıq dövlətdir”. 

AŞPA-Azərbaycan münasibətlərindən danışan millət vəkili deyib: “Təəssüflər olsun ki, Ermənistanın siyasətini dəstəkləyən, erməni lobbisinin gücündən, imkanlarından yararlanan müəyyən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirdilər. Bunun da yeganə səbəbi Ermənistanın işğalçı siyasətini ört-basdır etməkdir. Ötən il Azərbaycana qarşı ədalətsiz fikirlər səsləndirmişdilər. Bunun əksinə olaraq, Azərbaycanın xarici siyasəti hər zaman olduğu kimi ötən il də uğurlu oldu. Bunun nəticəsidir ki, istər AŞPA, istərsə də Avropa Parlamentində qəbul olunan bütün ciddi və lazımlı sənədlər xeyrimizədir.

Bu yaxınlarda Avropa parlamentində ədalətli qətnamə qəbul olunudu. 400-dən çox avroparlamentari qətnaməni dəstəklədi. Amma, Azərbaycana qarşı atılan qərəzli addımlarda erməni lobbisinin təsiri altında olan, şəxsi mənafelərini güdən 30-35 nəfər bizə qarşı çıxış etdi. Ümumilikdə isə Azərbaycanın həm daxili, həm xarici siyasəti uğurla aparılır”.(azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam