Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Keçmiş MTN-nin siyasi qisas əməliyyatı:və ya partiya sədrinin qohumu niyə girov saxlanılır?

oktay-gulaliyev1

 

(MTN məhbusları- 4 cü yazı…)

Xeberinfo.com:   Fəaliyyətinə xitam verilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş rəhbərliyinin qurumun mövcud olduğu son 10 ildə həyata keçirdiyi həbslər çox çeşidli olub. Onlar “vətən xainləri”- ni ifşa etməkdən tutmuş, silahlı dəstə yaratmaq, terrora hazırlıq, prezidentə sui- qəsdin “qarşısını almaq”, milli ədavəti “qızışdıranlar”- ı cəzalandırmaq və s. kimi işlər üzrə həbslər reallaşdırıblar. Bütün bunlarla yanaşı keçmiş MTN rəhbərliyi hərdən siyasətin dərinliklərinə baş vurur, siyasi təqiblər və həbslər də həyata keçiriblər. Təbii ki, bu həbslər əksər hallarda ölkənin siyasi rəhbərliyinin razılığı və tapşırığı ilə baş tutub.
Hakimiyyət ələ alıb ram edə bilmədiyi siyasi partiya liderlərini və ictimai fəalları müxtəlif yollarla neytrallaşdırmağa, sıradan çıxarmağa çalışıb. Onlara vəzifə, mandat, aylıq paket, ev, imtiyaz və s. bəxşişlər verib. Prinsipiallıq göstərib mövqeyindən geri çəkilməyənləri isə ailə üzvləri, yaxınları və qohumlarına ziyan vurmaq, onları həbs etməklə susdurmağa çalışıb. Belə həbslərdən biri 2012- ci ilin 27 martında AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovu həbs etməklə həyata keçirilib.

Elnur Seyidov haqqında qısa arayış

Elnur Seyidov ixtisasca hüquqşünas- iqtisadçıdır. 20 il bank sahəsində çalışıb, bu sahədə geniş tərcübəyə malikdir. Nəinki siyasi fəaliyyətlə, heç ictimai fəaliyyətlə də məşğul olmayıb. Həbs olunduğu tarixə qədər “Texnikabank”ın Yasamal filialının müdir müavini vəzifəsində çalışıb. 3 övladı var. 27 mart 2012- ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.1- ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2- ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1- ci (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2- ci (mənimsəmə və israf etmə külli miqdarda törədildikə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313.1- ci (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) və 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankdan bilərəkdən istifadə etmə) maddələri ilə ittiham olunur.
Elnur Seyidova əvvəlcə yalnız “dələduzluq” ittihamı irəli sürülmüş, sonradan isə ittiham ağırlaşdırılıb. Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, “dələduzluq” ittihamı üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir, amma E. Seyidova münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulub. O, MTN tərəfindən həbs olunub, qanunsuz olaraq 2 il MTN təcridxanasında saxlanılıb və istintaqı da MTN aparıb. Halbu ki qanunvericiliyin tələbələrinə görə iqtisadi cinayətlərdə ittiham olunan şəxslərin istintaqını MTN deyil, DİN strukturları aparmalıdır. E. Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs edilib. Rəsmi ittihama görə bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün E. Seyidov qanunları pozmaqda ittiham olunub.

Nümunəvi bankda cinayət axtarışı…

2012-ci ildə keçmiş MTN “Texnikabank”- la bağlı əməliyyat keçirərək bankın İdarə Heyətinin sədri Etibar Əliyev başda olmaqla, xeyli sayda bankiri həbs elədi. Bankın 25 nəfər işçisinə qarşı cinayət işi başlandı. Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma, dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, sənədləri saxtalaşdırma kimi ittihamlar irəli sürüldü. Həmin ittihamlar əvvəlcədən qərəzli idi. Bankı sıradan çıxarmaq üçün mülki xarakterli məsələlər MTN tərəfindən cinayət müstəvisinə keçirilmiş, xeyli şəxsə qarşı əsassız olaraq cinayət təqibinə yol verilmişdi. “Texnikabank” iqtisadi, xidmət, infrastruktur göstəricilərinə görə bank sferasında yaxşı mövqeyi ilə seçilən banklardan olub.
Konkret olaraq, Elnur Seyidovun müdir müavini işlədiyi Yasamal filialına gəlincə, bu filial ümumiyyətlə, digərləri ilə müqayisədə nümunəvi olub. Istintaqın qərarı ilə filialın maliyyə-kredit fəaliyyəti Beynəlxalq Audit tərəfindən bütün illər və parametrlər üzrə yoxlanılıb və yekun aktda Yasamal filialının fəaliyyəti yüksək qiymətləndirilib. İstintaqa təqdim olunmuş həmin akt qərəzli olaraq nəzərə alınmayıb.
Bütövlükdə, “Texnikabank”-ın işi üzrə 25 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların bir qismi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7-8 il azadlıqdan məhrum edildilər, bir qisminə də şərti cəza verildi. Həmin şəxslərə qarşı da cinayət təqibi əsassız idi. Bankın rəhbəri, guya mütəşəkkil dəstənin başçısı kimi təqdim olunan Etibar Əliyevə də 8 il şərti cəza verildi. Yəni o da azadlığa buraxıldı. Sonradan Etibar Əliyev yenidən “Texnikabank”ın rəhbərliyinə qaytarıldı, bank müflis olana qədər orada işlədi. Beləliklə, bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən 25 nəfərdən yalnız Elnur Seyidov hazırda həbsdədir. Həbsdə qalan həmin o bir nəfər Elnur Seyidov da AXCP sədri Əli Kərimlinin qaynıdır. Təəssüf ki, heç bir cinayət törətməmiş, heç bir siyasi prosesdə iştirak etməmiş bu şəxs ağır xəstə olmasına baxmayaraq, yalnız Əli Kərimlinin qaynı olduğu üçün 5-ci ildir ki, siyasi girov olaraq həbsdə saxlanılır.

Zərər və zərərçəkənin olmadığı saxta ittiham…

Elnur Seyidova qarşı ittihamlar o qədər saxta, uydurmadır ki, hətta hüquqi savadı olmayan adamlarda da təəccüb doğurur. Guya Elnur Seyidovun müdir müavini olduğu Yasamal filialında Namiq Xəlilov adlı müştəriyə “Texnikabank”ın Baş ofisinin razılığı olmadan 148 min manat məbləğində kredit verilməklə mənimsənilib. Işin təəccüblü tərəfi odur ki, Elnur Seyidov həbs olunana qədər həmin kredit məbləğinin 90 faizi – 137 min manatı ödənilmişdi. Yəni 3 illik verilmiş kredit vaxtından əvvəl əsas borc və faiz borcu da daxil olmaqla, tam ödənilmişdi. Namiq Xəlilov özü də məhkəmədə ifadə verərək, həmin kredit müqaviləsindəki məbləği aldığını və ödədiyini bildirdi. Kredit müqaviləsini Namiq Xəlilov və filialın müdiri Cəfərli imzalayıb.
“Texnikabank”ın rəhbəri də dəfələrlə istintaqa və məhkəməyə rəsmi məktubla müraciət edərək, Elnur Seyidova qarşı hər hansı tələb və iddiasının olmadığını bildirib. Həmçinin göstərib ki, bank həmin kredit məbləğindən gəlir əldə edib. Beləliklə, ittiham maddi zərərlə bağlı olsa da, əslində işdə maddi zərər yoxdur, zərərçəkən də yoxdur. Digər ittihamlar da analoji qaydadadır.

Dağınıq skleroz xəstəsinə dövlət “qayğısı”…

Elnur Seyidov uzun illərdir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Bərpa Institutunun 5 aprel 2012-ci il tarixli 38 nömrəli, Bakı Istintaq Təcridxanasının 1 aprel 2014-cü il tarixli, Penitensiar Xidmətin 17 oktyabr 2014-cü il tarixli arayışlarından görünür ki, Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və xəstəlik kəskinləşməkdə davam edir. Ağır xəstəliyi ilə əlaqədar Elnur Seyidov ciddi müalicəyə möhtacdır. O, cəzaçəkmə müəssisəsində müalicə almaq imkanından məhrumdur. Xəstəliyi ilə əlaqədar 15 may 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona ömrlük ikinci qrup əlillik müəyyən edilib.
“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun 9.5-ci maddəsinə görə, bu xəstəlikdən əziyyət çəkən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar təyin oluna bilər. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən Seyidov həbsdə saxlanılır.

Elnur Seyidova qarşı ayrı- seçkilik…

Müdafiə tərəfi ağır, xroniki xəstəliyilə əlaqədar onun cəzadan azad edilməsi üçün 18 oktyabr 2015-ci ildə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Təəssüflə qeyd etmək lazımdır ki, ona verilən absurd və ədalətsiz ağır cəzanın 2/3- ni çəkməsinə baxmayaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə digər məhbuslara münasibətdə tətbiq edilən “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı” imkandan da (Bu barədə qanunvericilik aktları ilə yanaşı Ali Məhkəmənin plenumunun 08 oktyabr 2010 -cu il №02/2010 saylı qərarı var- red. ) Elnur Seyidovun faydalanmasına imkan verilmir.
Elnur Seyidovun müdafiəsi ilə bağlı ölkədaxili məhkəmə müdafiə vasitələri tükənib. Ali Məhkəmənin qərarından sonra Konstitusiya Məhkəməsinə müraciət edilib, lakin iş icraata qəbul edilməyib. Ölkənin tanınmış hüquq müdafiəçiləri Elnur Seyidovla bağlı dəfələrlə Əfv Komissiyasına müraciət ediblər. Təəssüf ki, müraciətlər baxılmamış qalıb. Həm Elnur Seyidov barəsində verilmiş həbs qərarı, həm də məhkəmə araşdırmasının nəticəsindən beynəlxalq məhkəməyə şikayətlər göndərilib.
Milli Təhlükəsizlik Nazirliyində ciddi qanunsuzluqlara yol verdiyinə görə bu qurumun istintaq idarəsinin rəhbəri vəzifəsindən azad edilib. “Texnikabank” işi üzrə istintaq qrupunun rəhbəri cinayət məsuliyyətinə cəlb edilməklə həbs olunub. Bu fakt da yetərlidir ki, E. Seyidovun işinə yenidən baxılsın və o azalığa buraxılsın.
Seyidovun həbsindən 9 ay keçənədək heç bir istintaq hərəkəti aparılmamış, həbs müddəti isə əsassız olaraq uzadılmışdı, halbuki bu cinayətlərə görə uzadılma müstəsna hallarda baş verə bilərdi. Bütün bunlar ona qarşı sərgilənən qisasçı, ayrı- seçkili münaibətin təzahürü kimi qiymətləndirilə bilər.
Elnur Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2014-cü il tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə Seyidovun təqsiri olmadığını bildiriblər. Ancaq məhkəmə bunları nəzərə almayıb. Seyidovun ilkin həbsi, ağır xəstəlikdən əziyyət çəkməsi, eləcə də məhkəmə hökmündən Avropa Məhkəməsinə şikayət göndərilib. Onun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013-cü ildə insan haqları üzrə hesabatında müxalif qüvvələrin ailə üzlərinə edilən təzyiq nümunəsi kimi göstərilib.

Elnur Seyidov; “Özümü siyasi məhbus hesab edirəm”

Elnur Seyidov məhkəmədə çıxış edərək ona qarşı irəli sürülən ittihamları absurd hesab etdiyini, özünü təqsirli bilmədiyini və siyasi məhbus olduğunu bəyan edib; “Mənim həbsim qohumum Əli Kərimlinin siyasi fəaliyyəti ilə bağlıdır. Əli Kərimlini cəzalandırmaq, ondan qisas almaq, ona təzyiq göstərmək üçün məni həbs ediblər. Bu səbəbdən özümü siyasi məhbus hesab edirəm.
… Mən ailə başçısıyam, himayəmdə üç azyaşlı uşaq var. Məni hər şeydən məhrum ediblər, ağır xəstə olduğum halda dözülməz şəraitdə saxlanıram. Qanunsuz və əsassız olaraq həbsdəyəm. Bunu mənə qarşı törədilən ədalətsizlik və qanunsuzluq sayıram. Nədə ittiham olunduğumu hələ də anlamıram. Çünki ittiham əsassız ifadələrə əsaslanır, işdə heç bir maddi sübut və hüquqi əsas yoxdur”.
Bir çox yerli və beynəlxalq təşkilatlar hesab edir ki, hakimiyyət özünün əsas rəqiblərindən olan AXCP sədri Əli Kərimlini təzyiq altında saxlamaq və ondan qisas almaq üçün Seyidovu girov kimi həbsdə saxlayır. Buna görə də onu siyasi məhbus elan etməklə yanaşı siyasi girov da adlandırırlar.

Elnur Seyidova ölüm hədəsi

Bu ilin avqustun 12-də Elnur Seyidov saxlandığı 13 saylı Cəza Çəkmə Müəssisəsində ölümlə hədələnib. O, bu barədə ailə üzvlərinə zəng edərək bildirib. Hadisədən dərhal sonra məlumat mətbuatda və sosial şəbəkələrdə ictimailəşib, Penitensiar xidmətə müraciət olunub və vəkili onunla görüşüb. Diplomatik korpusun əməkdaşları məsələyə diqqət yetirib və problem aradan qalxıb. Amma bu problemin həmişəlik aradan qalxacağına və təkrarlanmayacağına hər hansı təminat yoxdur. Çünki hamı bilir ki, Elnur Seyidov AXCP sədri Əli Kərimliyə görə həbs həyatı, daha dəqiq ifadə etsək siyasi girovluq həyatı yaşayır. Əli Kərimli hakimiyyətin hədəfində olduğu sürəcdə Elnur Seyidovun həbsdə, həyatının isə təhlükədə olacağı qaçılmazdır.

Oqtay Gülalıyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam