Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ELDAR MAHMUDOVUN QANUNAZİDD FƏALİYYƏTLƏRİ…”– Çovdarovdan açıqlama

 

akif covdarov eldar mahmudov azpolitika info mtn milli tehlukesizlik nazirliyi mtn generallari akif çovdarovYenixeber.org: Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

“Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib”-12 il azadlıqdan məhrum edilmiş keçmiş MTN generalının vəkili Kamandar Nəsibov virtualaz.org-a bildirib.

Xatırladaq ki, Akif Çovdarovun Mahmudovla üzləşdirildiyi və onun əleyhinə ifadə verməyə razılaşdığı haqda məlumatalr yayılıb. Vəkil bildirir ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.

“Nə istintaq dövründə nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil. Mən jurnalistləri yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıram”-vəkil deyib.

Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam