Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyə – Rusiya münasibətləri: müharibədən dostluğa dönüş

150420161259058519103

 

“Rusiyanın “Su-24” bombardmançı təyyarəsinin vurulması hadisəsindən bir il keçdikdən sonra ,biz Rusiya ilə Türkiyə arasındakı münasibətlərin istiləşməsini müşahidə edirik. Bir çox məsələlərdə ümumumi dil tapılmamasına baxmayaraq, əsas etibarı ilə tərəflər dialoqa tam açıqdırlar”.

 Xeberinfo.com:  Bu fikirlər İtaliyanın “Gli Occhi Della Guerra” nəşrində Türkiyə -Rusiya münasibətlərinə həsr edilmiş geniş yazıda yer alıb. Məlumata görə, məqaləda daha sonra bildirilir:

- Ankara ilə Moskva arasındakı əlaqələrin bərpa edilməsi,təkcə Türkiyədə baş tutmayan dövlət çevrilişi cəhdi ilə bağlı deyil. Hələ 15 iyula kimi,Binəli Yıldırım baş nazir təyin olunmuşdu və o, “düşmənlərin sayını azaltmağa və müttəfiqlərin sayını artırmağa” söz vermişdi. Bu cür xarici siaysət strategiyası, ən azından Kremllə münasibətlər baxımdan işə yaradı və ölkələr arasındakı gərginlik tədrcən səngidi.
İlk öncə biz ölkələrin bir-birlərinə yaxınlaşma siqnallarına şahidlik etdik. Sonra Sakt-Peterburq sammitində görüş keçirildi.
Uğursuz çevriliş cəhdinin ardından höumətə yaxın KİV-lər, nəhayət Rusiya təyyarəsinin vurulmasında Fətullah Gülənin tərəfdarı olan pilotun məsuliyyət daşıması hipotezasına şübhə ilə yanaşmadılar.Belə bir hipoteza doğrudurmu? Müəyyən qədər doğrudur.Amma sössüz ki, bu siyasi iqlimin göstəricisi də sayılmalıdır.

Atom enerjisi və qaz.

1AAZZ

Gündəlikə duran məsələlər çoxdur. Ən əvvəl bu enerji sektoruna aiddir. Bir tərəfdən “Türk axını”layihəsi sayəsində Rusiya qazı Türkiyədən keçməklə Avropaya çatdırılacaq. Qarşıya qoyulan məqsəd – illik 63 milyard kubmetr qazın nəql olunmasıdır. Bu isə Ukraynadan keçən qaz kəmərinə alternativdir. Sonrakı layihə isə Mersin əyalətində tikiləcək Akkuyu atom stansiyasıdır. Rusiyanın “Rosatom”şirkəti bu layihəni” Su-24”təyyarəsi vurulduqdan dərhal sonra təxirə salmışdı.

Suriya böhranı

1471074514_img2164466

Dialoqa qayıtmaq, Suriya məsələsindəki əhval-ruhiyyədə də dəyişiklik yaradıb. İndiki anda ,ilk baxışda Ankara və Moskvanın mövqeləri barışmaz görünür. Ərdoğan, İran və Putinin müttəfiqi olan Bəşər Əsədi Dəməşqdə görmək istəmədiyini heç zaman gizlətməyib. Lakin bu, Ankaraya türklərin maraqlarına cavab verən effektli “Fərat qalxanı”əməliyyatının planlaşdırılmasına mane olmadı.
Türkiyə ordusu qonşu dövlətin ərazisinə girdı. Döyüşən Suriya müqavimət qüvvələrinə qalxan olaraq, uzun müddət İŞİD-in əlindəki Cerablusu aldıqdan sonra daha da irəlilədi. İndi də şimalda de-fakto bufer zona yaradılmasına nail olmaq istəyir. Sössüz ki, onların başlıca məqsədi İŞİD cihadçılarını sərhədlərdən uzaq tutmaqdır. Digər  bir məqsəd isə Qərbin əməkdaşlıq etdiyi və PKK terror təşkilatı ilə yaxınlığına görə, Türkiyənin terrorçu saydığı YPG silahlılarını öz sərhəddindən geri itələməkdir.

“Fərat qalxanı”əməliyyatı, bu yaxınlaradək Türkiyəni ittiham edən Putinin səssiz razılığı ilə başladı. Öz tərəfindən Ərdoğan da Hələbdə baş verənlərlə əlaqədar Rusiyanın kəskin tənqid etmir. Bəlkə də onların bu cür yanaşmaları –Suriyanın şimalı kürd muxtariyyatı təhlükəsindən azad edilməsi müqabilində Hələbdəki müqavmət qüvvələrinə türklərin yardımının azaldılması ilə əvəzlənməsindən qaynaqlanır.

Birlikdə Amerikaya qarşı?

 

1SX

Rusiya və Türkiyə arasındakı yaxınlaşamdabəzi  faktları da yaddan çıxarmaq olmaz:.Əvvala, Türkiyə NATO-nun üzvüdür . Əgər hətta ABŞ-Türkiyə münasibətlərini xoşagələn olmasa  belə,  Ankara ilə Vaşinqton arasındakı əlaqələrin qopması barəsində fikir söyləmək doğru olmaz.
Suriya kürdləri məsələsində Amerika ilə fikir ayrılığına baxmayaraq, Ərdoğan strateji nöqteyi-nəzərdən tamamilə praqmatik düşüncələrı əsas götürərək, Vaşinqtonla  münasibətləri pozmaq niyyətində deyil.

Ancaq ikinci bir tərəfdən o, ABŞ və Avropa Birliyinin mənfi  reaksiyasına baxmayaraq, Türkiyənin iqtisadi maraqlarını əsas götürərək Putinlə yaxınlaşmaqdan da çəkinmir. Hətta bu istiqamətdə cidddi addımlar atır.

Bu cür coxgedişli siyasi xətt yürütdüyünə görə, bəzən ekspertlər Ərdoğanı “poker oyunçusu”na bənzədir. Görünən odur ki, həqiqətən Türkiyə prezidenti,  obrazlı desək, kartlarla iki partiyanı eyni zamanda oynamağı bacarır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam