Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Şəhidlərimizin hesabı mütləq soruşulmalıdır" -Dövlət Baxçalı Rusiyanı qeyri-səmimilikdə ittiham etdi

Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Rusiya qırıcı təyyarəsinin Suriyanın Əl-Bab şəhəri yaxınlığında da Türkiyə hərbçilərinin olduğu binanın bombalaması və 4 əsgərin şəhid olmasına sərt reaksiya verib.

Xeberinfo.com:   D. Baxçalı deyib ki, Rusiya əsgərləri şəhid edir, sonra da “pardon” deməklə kifayətlənir.

MHP lideri Rusiyanın daha sonra Türkiyə Silahlı Qüvvələrini yanlış koordinat verməkdə günahlandırdığını bildirib: “Rusiya əvvəlcə əsgərlərimizin olduğu binanın vurulmasının bir qəza olduğunu açıqladı. Ancaq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlaması Rusiyanın hadisə ilə bağlı izahının yanlış olduğunu ortaya qoydu. Rusiyanın olaya görə məsuliyyəti Türkiyə Silahlı Qüvvələrinin üzərinə qoymağa çalışması yaxşı niyyətdən qaynaqlanmır, əxlaqi baxımdan da düzgün deyil. Rusiyanın məqsədi nədir, nə etməyə çalışır? Bir pilotun ölümü ilə Rusiya Türkiyə ilə münasibətləri dayandırmaq nöqtəsinə gətirmişdi. İndi Rusiya əsgərlərimizi şəhid edir, “pardon” deməklə kifayətlənir. Üstəlik, daha sonra da Türkiyə Silahlı Qüvvələrini günahlandırır. Bu, ayıbdır. Türkiyənin məsələyə reaksiya verməməsi necə gözlənilə bilər? PKK-nı terror təşkilatı saymayan Rusiya hakimiyyəti ölkəmiz qarşısında düşmən olmaq məsələsində adətən, istəklidir. Şəhidlərimizin hesabı mütləq soruşulmalıdır”.

D. Baxçalı Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat qalxanı’ əməliyyatının artıq hədəfinə çatmalı olduğunu vurğulayıb: “İŞİD terror təşkilatı Əl-Babdan çıxarılmalıdır. Dualarımız qəhrəman əsgərlərimizlədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam