Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Məni həbs edəcəklər”


 

Xeberinfo.com:   Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə həbs ediləcəyi ehtimalı ilə bağlı yerli mediada yayılan məlumatları şərh edib.

Məlumata görə, Ə.Kərimli deyib: “Mənim həbs olunmaq ehtimalım realdır. Prinsip etibarı ilə bir neçə müddətdir ki, hökumətyönlü media məni ciddi şəkildə şərləyir. Ətrafımdakı adamlar da sürətlə həbs olunurlar. Bu məlumata mən də rast gəldim, oxudum və təəccüblənmədim. Mənim üçün təəccüblü olmadı. Gözlənilir, belə bir hadisənin olması. Əslində belə daha yaxşıdır. Çünki ətrafımda olan günahsız insanları həbs edərək guya mənimlə bağlı zəmin yaratmaq istəyirlər... Problemləri mənimlədirsə, mən hazıram...”.

“Bəs sizi hansı ittihamla həbs edə bilərlər” sualına isə AXCP sədri belə cavab verib: : “Hökumət mətbuatı məni ölkədə “baş gülənçi” elan edib. Ona görə, güman etmək olar ki, məhz bu istiqamətdə hərəkət edəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam