Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP sədrini otelə buraxmadılar

 

   
     AXCP sədri Əli Kərimli ATƏT Parlament Assambleyasının keçirildiyi otelə buraxılmayıb.    
   "Xeberinfo.com": Məlumata görə, bu barədə  Əli Kərimli Facebook-la yazıb: “Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının iclasları Bakıda - onun ailəsinə məxsus olan “Fairmont” otelində (“Alov qüllələri”ndə) keçirilir. Parlament Assambleyasının bir neçə üzvü mənimlə görüşmək istəmişdilər. Bu məqsədlə məni onların tədbirinin keçirildiyi “Fairmont” otelinə dəvət etmişdilər. Ölkəmizə növbəti utanc gətirəcək hadisə də orada baş verdi.  Təhlükəsizlik qüvvələri 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsinin mənimlə otelin foyesində görüş keçirməsinə imkan vermədilər. Görüşümüzün dayandırılmasını tələb etdilər. Məni belə münasibət təəccübləndirməsə də, avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşmüşdülər. Onlar hökumətin mənə son 8 ildə pasport vermədiyini, partiyamızın dəfələrlə qərargahdan çıxarıldığını bilsələr də, görünür, bu qədərini gözləmirdilər. Xeyli mübahisə etdilər. Belə münasibətin qəbuledilməz olduğunu dəfələrlə vurğuladılar, xeyri olmadı. Bu dəfə də avropalı deputatlar bizim “təhlükəsizlik” qüvvələrini təəccübləndirdilər. Mənimlə birlikdə oteli tərk etdilər. Şəhərdə kafelərin birində görüşümüzü davam etdirdik. 2 saat ərzində hər şeydən danışdıq. Amma hiss edirdim ki, görüşümüzün sonuna qədər onlar oteldə üzləşdikləri hadisənin təsiri altındaydılar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam