Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Bizim təşkilatın adından saxta sənədlər veriblər” -AXCP sədri

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Bakı vaxtrı ilə saat 10.30-dan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilir.

Yenixeber.org:   O prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib.

AXCP sədri saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirlıir.

O dindirilmədən öncə jurnalistlərə bildirib ki, bu işin AXCP-yə aidiyyatı yoxdur: “Biz bu prosesdə əslində zərərçəkmişik. Çünki bizim təşkilatımızın adından müəyyən saxta sənədlər veriblər. İnternetdə bu saxta sənədləri verənlər barədə çox yazılıb. İstəsələr bizim iştirakımız olmadan da saxta sənədləri verənləri tapa bilərlər. O saxta sənədləri verənlər bizim reputasiyamıza zərbə də vurub. İndi isə bizim başımızı qatmaq istəyirlər. İstəyirlər ki, süni şəkildə bizim adımız bu prosesdə ən azı hallansın. Bu AXCP-yə qarşı növbəti bir mərhələdir”.

Kərimli AXCP adından saxta sənədlər verən şəbəkə ilə bağlı sualın cavabında deyib ki, mən də internetdən oxumuşam ki, belə bir qrup var.

“Onlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, əziyyət çəkib sənədləri əslinə belə heç oxşatmayıblar. Nə ekspert olmağa, nə xüsusi bir təhsliə ehtiyac var. İstənilən bir adam, adam kimi adam, oturub o sənədlərə baxsa, görəcək ki, bu saxta sənəddir”.

O istintaqın AXCP-ni zərərçəkmiş kimi tanıması üçün müraciət edəcəyini bildirib. Ə. Kərimlinin saxta sənədlərlə xarici ölkələrdə nə qədər adamın siyasi sığnacaq alması barədə məlumatı yoxdur: “Bizə hansı xarici ölkənin diplomatik idarəsindən, miqrasiya idarəsindən müraciət olunubsa saxta olanları təsdiq etməmişik. Həqiqətən AXCP üzvü olanlar isə təsdiq olunub”.

O AXCP üzvlüyünə son zamanlar qəbul olunanlardan üzr istəyib və deyib: “Biz son iki ildə ümumiyyətlə üzvlük vəsiqəsi vermirik”. (Amerikanın səsi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam