Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Generalların cibindən çıxan 1 dollarlıq əskinasların qorxunc sirri

Generalların cibindən çıxan 1 dollarlıq əskinasların qorxunc sirri...

 

Türkiyədəki çevriliş cəhdində amerikansayağı məxfi kodlaşma; “Ukraynadan sonra növbəti hədəf Türkiyə və Cənubi Qafqazdır”, iddiaları doğrulmağa başlayıb; 1 dollar ABŞ-a sədaqətin və xidmətin rəmzi sayılır 

 

Xeberinfo.com:   Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı yeni maraqlı və önəmli məqamlar açıqlanmağa başlayıb. Məlum olub ki, bu dövləti cinayətdə suçlanaraq, həbs olunan generalların və digər yüksək rütbəli komandirlərin üzərindən 1 dollarlıq əsginazlar tapılıb. 
Əlbəttə, bəzi insanlar deyə bilər: “Burada nə var ki, hər kəsin cibindən 1 dollarlıq əsginaz çıxa bilər”. Ancaq məsələ o qədər də sadə deyil. Bu, xüsusi simvolik parol xarakteri daşıyır. Və belə simvolik parolların başqa örnəkləri də mövcuddur.
Həbs edilən generalların demək olar ki, hamısının üzərlərindən tapılan həmin 1 dollarlıq əsginazların sirri barədə danışmaqdan öncə bunun analoji örnəklərindən birinə diqqət yetirək. Çünki 1 dollarlıq əsginazlarla məxfi şəbəkənin qurulması ABŞ-ın dəniz piyadaları arasında mövcud olan oxşar ənənədən qaynaqlanır. 
ABŞ Silahlı Qüvvələrinin dünyanın ən qüdrətli ordularından olduğuna yəqin ki, heç kəs şübhə etmir. Ancaq dəniz piyadaları bu ordunun ən elitar tərkib hissəsidir. Belə ki, dəniz piyadalarının sırasına ABŞ-ın istənilən vətəndaşı düşə bilməz. Hər bir dəniz piyadası xüsusi ideoloji-psixoloji hazırlıq prosesindən keçir. Hərbi hazırlıq səviyyəsi ilə yanaşı, ideoloji-psixoloji testlərdən keçdikdən sonra o, dəniz piyadası statusu qazanır.
Digər qoşun növlərinə aid ABŞ əsgəri ilə dəniz piyadası arasında kifayət qədər ciddi fərqlər var. Məsələn, ABŞ əsgəri öz müqaviləsi üzrə hərbi xidmət keçir. Ancaq dəniz piyadası ABŞ dövlətinə xidmət edir. Düşmənlə savaşa girmiş dəniz piyadası üçün məğlubiyyət variantı, ümumiyyətlə, mövcud deyil: O, ya qalib gələcək, ya da ölümü seçəcək.
Ən önəmli məqam isə dəniz piyadaları arasındakı simvolik parolla bağlıdır. Onlar bir-biriləri ilə ünsiyyətdə, ya da hər hansı gizli əməliyyat zamanı tanınma nişanı olaraq,  1 dollarlıq monetlərdən istifadə edirlər. Hər bir dəniz piyadasının üzərində mütləq 1 dollarlıq dəmir monet vardır. Bu, ABŞ dövlətinə xidmətin və ona sədaqətin simvoludur. Hətta döyüşdə şücaət göstərmiş dəniz piyadası dövlət mükafatına təqdim edilməzdən əvvəl, öz komandiri tərəfindən 1 dollarlıq monetlə şərəfləndirilir. 
 
Ordudan təqaüdə çıxdıqdan sonra da dəniz piyadası həmin monetləri öz üzərində daşıyır. Çətinə düşdükdə onu tanımayan və cəmiyyətdə nüfuzu olan imkanlı dəniz piyadasına moneti göstərməklə, hər cür yardımı ala bilər. Eyni zamanda təqaüdçü dəniz piyadasına moneti göstərməklə hər hansı dövləti tapşırığı yerinə yetirməyə razı salmaq olar. Yəni bir dəniz piyadası yaşından və cəmiyyətdəki statusundan asılı olmayaraq, ölənə qədər dəniz piyadasıdır.
 
Türkiyədəki çevriliş cəhdindən sonra həbs edilən generalların və yüksək rütbəli zabitlərin üzərindən tapılan 1 dollarlıq əsginazların da qorxunc sirri var. Məlum olub ki, onlar çevriliş cəhdindən öncə eyni şəbəkəyə aid bağlılıqları barədə məlumatsız olublar. Çünki məxfiliyi təmin etmək üçün şəbəkələşmə masonçuluq prinsipinə uyğunlaşdırılıb. Yəni bu şəbəkələşmədə hər hansı bir divardakı daşların düzülüşü tətbiq edilib. Belə ki, üçüncü daş ikincini, ikinci daş isə yalnız birinci daşı görə bilər. Ancaq üçüncü daşla birinci daş arasında təmas mümkün deyil.    
Çevriliş cəhdindən bir neçə saat öncə şəbəkədəki ən yüksək vəzifəli generala onun əmrində olacaq hərbçilərin siyahısı verilib. Və həmin general (hələlik kimliyi açıqlanmayıb) çevrilişə başlamaq əmrini vermək üçün yanına çağırdığı hərbçilərə 1 dollarlıq əsginazı göstərib və onlardan da eynisini tələb edib. Bu tanınma prosedurundan sonra bütün əmrlər sorğu-sualsız yerinə yetirilib.
Ancaq əsginazın sirri bununla bitmir. Dollar ABŞ-ın ən önəmli simvollarından olduğu üçün bu, həm də həmin superdövlətə sədaqətin rəmzi sayılır. Üstəlik, Türkiyə rəsmilərinin son açıqlamalarına görə, “FETÖ” adı qoyduqları şəbəkələşməsini əhatə edən bu sistemi elə vaxtilə ABŞ-ın Balkanlar və Türkiyə üzrə kəşfiyyat rezidenti qurub. Həmin sistemə görə, şəbəkənin hər bir üzvünə 1 dollarlıq əsginaz verilir. Və bu əsginaza sahib olan şəbəkə üzvünün rəsmi sənədləri öz əhəmiyyətini itirmiş olur. Çünki əsginazın üzərindəki seriya nömrəsi həmin şəxsin kimliyini müəyyənləşdirir. 
Belə ki, seriya nömrəsi şəbəkənin məxfi ümumi bazasına yerləşdirilibmiş və orada 1 dollarlıq əsginazın sahibi haqqında bütün məlumatlar qeyd edilibmiş... İstənilən vaxt məxfi məlumat bazasına əsginazın seriya nömrəsini daxil etməklə, onun sahibinin kimliyini təyin etmək mümkündür.
Göründüyü kimi, Türkiyə dövlətinə və cəmiyyətinə paralel olan alternativ mərkəzdən idarə edilən sistem qurulubmuş. Belə anlaşılır ki, onilliklər boyu davam edən bu proses Türkiyəni daxildən işğal etmək ssenarisi üzərindən yürüdülüb. Və xarici xüsusi xidmət servislərinin nəzarətində olub. Məsələnin ən qorxunc tərəfi də elə budur.
Bütün bunları təsdiqləyən daha bir önəmli məqam ABŞ-ın xüsusi xidmət servislərinə yaxınlığı ilə tanınan “Stratfor” Analitik Mərkəzinin hərbi çevriliş cəhdinə qeyri-adi informasiya dəstəyidir. Belə ki, sən demə, bu mərkəz bütün baş verənlərdən əvvəlcədən xəbərdarmış... 
 
Hər halda, Türkiyə vaxtı ilə saat 21.00-da başlayan hərbi çevriliş cəhdi ilə bağlı “Stratfor”un saat 21.02-də “Türkiyədə hərbçilər hakimiyyətə sahibləndilər”, məzmunlu məlumat yaymasını başqa cür izah etmək mümkün deyil. 
 
Eyni zamanda prezident R.T.Ərdoğanın İstanbula uçan təyyarəsinin olduğu yerin 4-5 dəfə tam dəqiqliyi ilə xəritə üzərindən göstərilməsi də önəmli məqamdır. Bunu Türkiyə prezidentinin hədəfə çıxarılması kimi də dəyərləndirmək olar.
Göründüyü kimi, Türkiyə faktiki olaraq, təhlükəli xarici təcavüzdən xilas ola bilib. Ancaq bu baş verənlərə daha diqqətlə yanaşdıqda, bütün bunların müvəqqəti olduğu da nəzərdən yayınmır. Çünki bu baş verənlər supergüclərin dünya hegemonluğu uğrunda mübarizəsinin Türkiyə mərhələsidir. 
 
Vaxtilə dünya hegemonluğu uğrunda savaşın Ukrayna, Türkiyə və Cənubi Qafqaz üzərindən aparıldığını yazmışdıq. Və Ukraynadan sonra növbəti hədəfin Türkiyə ola biləcəyini proqnozlaşdırmışdıq.
Çox təəssüf ki, bu proqnozumuz reallığa çevrilməyə başlayıb. Əgər Türkiyə ələ keçirilmiş olsaydı, bu dəfə növbəti hədəf Cənubi Qafqaz olacaqdı və savaşın əhatə dairəsi qapanacaqdı. Ancaq Ərdoğan hakimiyyətinin bu fəlakəti müvəqqəti də olsa, önləyə bilməsi Cənubi Qafqazı da müvəqqəti olaraq, hədəfə çevrilməkdən yayındırıb.
Bir daha təkrar edirik ki, bizim iddiamıza görə, bu yayınmalar müvəqqətidir. Və böyük ehtimalla tezliklə ssenarinin ehtiyat variantı işə salına bilər. Bu barədə isə növbəti yazılarımızda bəhs etməyə çalışacağıq.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam