Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Azərbaycan Rusiya əleyhinə ittifaqa qoşulur

 

 

 
Qafqaz əməliyyatı - 2
 
"xeberinfo.com": Rusiyalı politoloq Qriqori Trofimçuk , son günlər Azərbaycana edilən səfərlərin əsasını Qafqazın çökürdülməsi planının təşkil etdiyini söyləyib: “Bu səfərlər göstərir ki, Ukraynanın ekspansiyası prosesi çərçivəsində Qafqazın süquta uğradılması əməliyyatı da davam  etdiriləcək. Bu bir-biri ilə əlaqəli regionlardır və ona vahid Xəzər-Qaradəniz qövsü kimi baxmaq lazımdır. Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi-siyasi ittifaqı Rusiya və İranın blokadaya salınması prosesini həll edir. Bir tərəfdən isə bu ittifaq mütləq Qərb tərəfindən nəzarətdə saxlanılmalıdır. Əks halda ABŞ və NATO üçün bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki nəzarətsiz ittifaq ABŞ və NATO-nun Xəzər və Mərkəzi Asiyaya çıxış imkanlarını faktiki olaraq bağlayacaq”.
 
Kerri Azərbaycanı Rusiya əleyhinə ittifaqa cəlb edir
 
Politoloq Con Kerrinin səfərinin Rusiyanı blokadaya salınması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib:
 
“Con Kerrinin səfəri Moskvanı bütün istiqamətlərdə blokadaya salmaq üçün başlanılmış nümayişlə bağlı hələlik test xarakteri daşıyır. Azərbaycan isə bu mənada  əsas platformalardan biri hesab edilir”.
 
NABUKKO reallaşacaq
 
Q.Trofimçuk NABUKKO-nun reallaşdırılması imkanlarının çox olduğunu deyib: “İndi Rusiyaya qarşı olan bütün tranzit proyektlərin hamısı onun iqtisadi izolyasiya ilə əlaqədar olaraq həyata keçiriləcək. Hətta bir zaman xəyal kimi görünən və heç bir uğur gətirilməyəcəyi düşünülən NABUKKO layihəsi də reallaşdırıla bilər. Bu dəqiqə əhəmiyyətli olan şey siyasi məqsəddir. Siyasi məqsəd isə Rusiyanı qısa zaman kəsiyində maliyyə blokadasına salmaqdan ibarətdir. ABŞ-dan Avropaya qazın göndəriləcəyi ana qədər yeni dəhlizlərin yaranması da istisna deyil”.
 
 Türkmənistan müstəqilliyini itirəcək
   
   O, Avropaya neft ötürülməsi baxımından Azərbaycanın əsas əziyyət çəkən ölkə olacağını bildirib: “Faktiki olaraq Avropa İttifaqı və Ukraynaya qazın çatdırılması ilə bağlı əsas ağırlıq Azərbaycan kimi ölkələrin payına düşür. NABUKKO-nun reallaşdırılması üçün Vaşinqton hətta Türkmənistanı da əymək məcburiyyətində qalacaq. Yeni geopolitik sistemdə Türkmənistan öz müstəqilliyi və neytrallığını geniş mənada itirməli olacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam