Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycan Kommunist Partiyasının bağlanması tələb edildi

 

 

 

   "xeberinfo.com":  ADP-dən əldə etdiyimiz məlumata görə, bu barədə partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında təklif irəli sürülüb.
    İdarə Heyəti 31 Mart Azərbaycanlıların Soyqırımı gününün ildönümünü müzakirə edərək bu hadisənin milli yaddaşa həkk olunması istiqamətində təbliğatın gücləndirilməsinin vacibliyini, eyni mahiyyətli olduğuna görə Xocalı soyqırımı ilə 31 Mart qırğınını birləşdirməyi və soyqırımı dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş dövlət tədbirlərinin, bu tədbirlərin yalnız təqvimdən təqvimə deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb və hakimiyyəti dünya dövlətlərinin bu hadisələrə hüquqi və siyasi qiymət vermələri üçün səylərini artırmağa çağırıb.
     İdarə Heyəti eyni zamanda hakimiyyəti 31 mart qırğınının bolşeviklərin rəhbərliyi ilə həyata keçirilməsini, Azərbaycan istiqlaliyyətinə qarşı çıxış etdiklərinə, respublikamızın Rusiya tərəfindən işğal və ilhaq edilməsində müstəsna rol oynamış və Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe nümayiş etdirdiyini nəzərə alaraq Azərbaycanın müvafiq dövlət orqanlarını rus bolşevizminin müasir davamçısı olan Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməyə çağırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam