Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

31 Mart: Unutmadıq! Unutmayacağıq!

 

 

Bu gün Horadiz şəhərində 31 mart Azərbaycanlıların Soyqırımı Qurbanlarının anım mərasimi keçirilmişdir.

 

"xeberinfo.com": Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı  Alı  Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açan Alı Alıyev 1918-20-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı barədə  məlumat vermişdir. Alı Alıyev vurğulamışdır ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

“Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il 30 mart – 2 aprel tarixlərində Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.” 

Alı Alıyev bildimişdir ki, təkcə ötən əsrdə erməni vandalları tərəfindən Azərbaycanlılara qarşı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) etnik təmizlənmə və deportasiya, soyqırımı həyata keçirilmişdir.

- “Lakin uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmişdir. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir”.

Sonra Horadiz şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olmuşdur.

 

Digər çıxış edənlər də ermənilərin törətdikləri cinayətlər, xalqımıza qarşı aparılan soyqırımlar barədə geniş məlumat vermişlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam