Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Fərəc Kərimov 3 ay müddətinə həbs olunub

 

 

  "Xeberinfo.com": İyulun 23-də tutulan müsavatçı Fərəc Kərimovun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Vəkil Nemət Kərimlinin sözlərinə görə, prosesin iyulun 24-də Nərimanov Rayon Məhkəməsində keçirildiyi bəlli olub: “Fərəcə satış məqsədi ilə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. İyulun 25-də Baş Prokurorluqda oldum, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Bildirdi ki, Fərəc Kərimovun saxlanması haqqında heç bir məlumatları yoxdur. Daha sonra məlumat aldım ki, Fərəc iyulun 23-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra harada saxlanıldığı bilinmir”.

Məsələylə bağlı Müsavat Partiyası bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən göndərilən bəyanat deyilir ki, Fərəc Kərimov Hepatit-C xəstəsidir.

“Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri, “Musavat.org.az” saytının idarəçisidir, bloqçudur. Onu Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinin qabağından mülki geyimli şəxslər tutub aparıb. Müsavat Partiyasının bəyanatında deyilir ki, mülki geyimlilər Fərəc Kərimovu tutarkən heç bir sənəd göstərməyiblər, ona hüquq və vəzifələrini elan etməyiblər. Buna görə də Müsavat Partiyası Fərəc Kərimovun faktiki olaraq oğurlandığını, iradəsi əleyhinə məcburən qeyri-müəyyən istiqamətə aparıldığını vurğulayır. Fərəc Kərimovun siyasi və bloqçu fəaliyyətinə görə siyasi sifarişlə həbs edildiyi şübhə doğurmur. Ancaq onun tutulduğu andan indiyə kimi gizlədilməsinin arxasında hansı məqsədlərin durduğunu aydınlaşdırmaq çətinlik törədir.

İyulun 17-də Fərəc Kərimovun siyasi fəaliyyətlə məşğul olmayan böyük qardaşı Sirac Kərimlinin küçədə saxlanılması, üzərindən əməliyyatçılar tərəfindən guya narkotik maddənin tapılması, evində axtarış aparılarkən ilk olaraq Fərəcə məxsus noutbukun axtarılması və götürülməsi Siracın həbsinin Fərəc üçün planlaşdırıldığını təsdiq edirdi. Bu hadisədən sonra yaşadıqları mənzilin xüsusi xidmət orqanları tərəfindən tam nəzarətdə saxlandığını və evdən çıxan kimi tutulacağını bilən Fərəc Kərimovun ağır vəziyyətdə olan xəstə anasını xəstəxanaya apararkən üzərində narkotik maddə saxlaması heç bir məntiqə sığmır.

 

Azərbaycan iqtidarının və səhiyyəsinin sayəsində Hepatit-C virusu daşıyan Fərəc Kərimovun 2 sutkadan artıq gizli saxlanmasının qanuna və insanlığa zidd olduğunu, bu vəziyyətin onun həyatı üçün böyük təhlükə olduğunu bəyan edən Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Sirac Kərimlinin və Fərəc Kərimovun  qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir”, - deyə bəyanatda qedy edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam