Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanıb"

Prezidentin yeni mesajları:

 

 

“Azərbaycanın enerji sektoruna xarici neft şirkətlərinin cəlb olunması müstəqilliyin gücləndirilməsi və gələcək uğurlu inkişafın təmin edilməsi məqsədi daşımışdır”.
Xeberinfo.com:  Məlumata görə, bu fikirlər Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) paylaşılıb.
Prezident bildirib ki, Azərbaycan önəmli neft-qaz ixracatçısına çevrilib və əldə olunmuş gəlirləri əsasən qeyri-neft sektorunun inkişafına yönəldib.
Ölkə başçısı “Son illər Azərbaycanın neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalmış, ÜDM istehsalında neftin payı 30 faizə enmişdir” - deyə yazıb.
Prezident İ.Əliyev onu da qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, özəlləşdirmə, biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, irimiqyaslı islahatlar həyata keçirilir.
Dövlət başçısı “Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanmışdır. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir”- deyə vurğulayıb.
"Qarşıdan gələn illərdə nəzərdə tutulmuş planlar uğurla həyata keçirilərsə, Azərbaycan neftdən asılılığı tamamilə aradan qaldıracaqdır" - deyə Prezident İ.Əliyev əlavə edib.
Prezident qeyd edib ki, “Cənub” qaz dəhlizi sayəsində Avropanın enerji mənbələri şaxələndiriləcək, onminlərlə yeni iş yeri yaranacaq.
Prezident İ.Əliyev “Təkcə Azərbaycan deyil, BMT başda olmaqla, dünyanın aparıcı təşkilatları Ermənistanı işğal faktına görə günahlandırırlar” - deyə vurğulayıb.
Sonda dövlət başçısı Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinin vacibliyini də xüsusi olaraq, qeyd edib: “Azərbaycan erməni xalqını deyil, Ermənistan hökumətini Xocalı soyqırımını törətdiyinə görə ittiham edir.
Ermənistan öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünün iztirabına görə günahlandırılır.
Ermənistan və Azərbaycan arasında etimadın artırılması və əməkdaşlığın qurulması üçün ilk növbədə torpaqlar işğaldan azad edilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam