Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”

 

İlham Əliyev: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”

 

Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Azərbaycanda 2016-cı ildə baş tutacaq islahatlarla bağlı qısa mesajlar paylaşılıb.
 
Xeberinfo.com:  Məlumata görə, ölkə başçısı bildirib ki, 2016-cı il Azərbaycanda çox ciddi iqtisadi islahatlar ili olacaqdır.
Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı şəffaflıq meyarına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməməlidir” deyə yazıb.
Dövlət başçısı Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəyini də qeyd edib.
İ.Əliyev: “Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə investisiya yatıran və rəqabətqabiliyyətli məhsullar buraxan şirkətlərə güzəştlər tətbiq ediləcək” deyə vurğulayıb.
Prezident Azərbaycanda qeyri-neft sənayesi sürətlə inkişaf etdiyini, texnoparklar, sənaye klasterləri, ölkənin hər bir rayonunda sənaye zonaları yaradıldığını bildirib.
İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifədir və Azərbaycan əsas ərzaq məhsulları ilə özünü təmin edəcəkdir.
“İslahatlar, şəffaflıq, dinamik inkişaf Azərbaycanda dayanıqlı tərəqqini təmin edəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam