Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib-FOTO

 

Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasının açılış mərasimində iştirak edib.

Yenixebrrorg.com: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ-nin prezidenti Tulia Akson, PAİ-nin baş katibi Martin Çunqonq və BMT-nin koordinatoru Babatunde Ahonsi çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər, tədbirin işinə uğurlar arzulayıblar.

“Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması” mövzusuna həsr olunan assambleyada parlamentlərin bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunacaq, bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam