Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“İnkişaf prosesləri yeni formatda davam etdiriləcək”

92fc4efeca09440db74ac2ebce62ca69

 

“Asan olmasa da, növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək”
Prezident İlham Əliyev bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Xeberinfo.com":   Məlumata görə, vitse-prezident Siril Müller 1999-cu ildə Dünya Bankı nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiyini və Heydər Əliyevlə keçirdikləri görüşü məmnunluqla xatırlayıb. O, iki il bundan əvvəl ölkəyə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə inkişaf etməsinin şahidi olduğunu vurğulayaraq respublikanın son illər çox böyük uğurlar qazandığını deyib. S. Müller Azərbaycanın gələcəkdə də çox firavan bir ölkə olacağına əminliyini bildirib.
Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən prezident İlham Əliyev müstəqilliyin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu söyləyib. O, sonrakı illərdə ölkədə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü şəkildə istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan prezident bu mərhələdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyinə diqqət çəkib.
İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən prezident İlham Əliyev hazırda Ümumi Daxili Məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü deyib. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu nəzərə çatdıran dövlət başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirib ki, asan olmasa da, növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam