Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ad, mükafat veriləndə şəxsiyyət nəzərə alınmır”

Sərdar Cəlaloğlu: “Ad, mükafat veriləndə şəxsiyyət nəzərə alınmır”

“Titulundan, adından aslı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir” 

 

Xeberinfo.com:   Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müğənni İlhamə Quliyeva və köməkçisi arasında yaşanan son qalmaqallara münasibət bildirib. 
 
  Partiya sədri sənətçilərə ad, titul veriləndə daha çox şəxsiyyətin nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Mən İlhamə Quliyevanı nə xalq artisti, nə də cəmiyyətdə böyük rolu olan insan hesab etmirəm. Haqsızlıqla qarşılaşan köməkçisi isə öz hüquqları uğrunda mübarizə aparmalıdır. 
Tələbə vaxtımızda İlhaməni tanıyırdıq... Aygün Kazımova haqqında da gördünüz mətbuatda nələr deyildi, nə cür diskussiyalar aparıldı. Və yaxud digər bir sıra xalq artistləri, əməkdar artistlər, dövlətin təqdir etdiyi adamlar  barəsində nə cür faktlar çıxdı ortalığa. Bunun da əsəs səbəbi odur ki, ad, mükafatlar veriləndə şəxsiyyət nəzərə alınmır. Ola bilsin ki, kiminsə gözəl səsi var, lakin onun davranışı ad almasına imkan vermir. İndi çox adamlara xalq artisti adı paylanılır ki, bu da bəzilərinə toxunulmazlıq statusu verir. Titulundan, adından aslı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam