Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Xalq artistlərimiz elə oyunlardan çıxırlar ki..”

 

Nizami Cəfərov: "Ad veriləndə adamın mənəviyyatı da nəzərə alınmalıdır"

"Xeberinfo.com":  Məlumata görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov modern.az-a müsahibəsində ölkədə fəxri adların verilməsi məsələsinə toxunub.
"Bəzən görürük ki, fəxri adlar verilən insanlar tamaşaçılarına qarşı o qədər də məsuliyyətlərini bilmirlər. Onlardan həmin adlar geri alına və ya hər hansı cəza tədbiri tətbiq edilə bilərmi?" sualına N.Cəfərovun cavabı da kifayər qədər sərt olub: "Biz ad da çəkə bilərik. Ancaq buna ehtiyac yoxdur. Çünki, bunların hamısı cəmiyyətin gözü önündə baş verir. Bizim bəzi xalq artistlərimiz elə oyunlardan çıxırlar ki! Təhqir edirlər, məhkəməyə düşürlər. Əgər dövlət incəsənət xadimini qiymətləndirib ona dövlətin adından ən yüksək mükafatları və adları verirsə, həmin adam ona layiq olmalıdır. Çünki o istedaddır, o da səviyyə deməkdir. Onun hərəkəti elə bir səviyyədədir ki, anormal işlərlə məşğul olmaya bilər.
Bir böyük mədəniyyət adamına ad veriləndə, həm də mənəviyyatını nəzərə almaq lazımdır. Mənəvi cəhətdən qaydasında olmayan adam nə qədər yaxşı oxusa da, ona o ad verilməyəcək. Sonradan nəsə iddialar ortaya çıxır. Dəfələrlə müzakirə olunur ki, belə adamlardan fəxri adlar geri alınsın. Amma bu həddindən artıq kəskin və son tədbirdir. Biz cəmiyyətimizin səviyyəsindən razıyıq. Ona görə bu kimi tədbirlərə əl atmırıq. Bir zamanlar Qara Qarayev, Fikrət Əmirov arasında sənət səviyyəsində intriqalar olub. İndi də ziddiyyətlər var və olacaq. Amma fikir ayrılıqları dedi-qodu səviyyəsində təzahür edirsə, bu, dözülməzdir. Ancaq cəmiyyətimiz dərhal onları qınayır və onlar haqqında mənfi fikir əmələ gəlir. Əgər cəmiyyətdə “onlardan fəxri adlar niyə alınmır” sualı yaranırsa, bunun özü onlar üçün böyük bir cəzadır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam