Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Rusiya-Azərbaycan gərginliyi: İlk addımı kim atmalıdır? -ŞƏRH

Rusiya-Azərbaycan gərginliyi: İlk addımı kim atmalıdır? - ŞƏRH

“Rusiya Prezidenti Vladimir Putin Pekindəki mətbuat konfransında Azərbaycanla bağlı açıqlamasında iki ölkə arasında münasibətlərdə ciddi sualların olduğunu ilk dəfə etiraf edib. Putinin bu suallar barədə detallı danışmadan “Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsi ikibaşlıdır”.

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspertin sözlərinə görə, Rusiya Prezidenti sanki bununla iki ölkə arasında illər uzunu formalaşan isti münasibətlərə eyham vurur, o biri tərəfdən “qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsiylə münsibətlərdəki gərginliyə görə məsuliyyətdən uzaqlaşmağa çalışır.
“Münasibətlər Putinin təbirincə desək, öz-özünə yoluna qoyula bilməz. Putin raketlə vurulan təyyarə olayına aydınlıq gətirməlidir. O bu məsələni araşdırmağı lazım bilmirsə, siyasi münasibətlər necə əvvəlki axarına qayıda bilər? Birinci addımı Putin atmalıdır. Ancaq o bu addımı atmağa hələ hazır deyil, əks halda, azərbaycanlı həmkarı İlham Əliyevlə Pekində salamlaşmadan əlavə müzakirə aparmağı da lazım bilərdi”, - E.Şahinoğlu qeyd edib.
Politoloq deyib ki, Putinin açıqlamalarından bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqdə “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər” söyləməsi Kreml sahibinin əsl niyyətini ortaya qoyub.
“Sən demə, Putin ilk addımı İlham Əliyevin atmasını gözləyir”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam