Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Kelloqun Kiyev səfəri:Rusiya niyə atəşə tutmadı?


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edəndə ruslar Ukrayna paytaxtını atəşə tutmamışdı. Böyük ehtimalla bu, şüurlu şəkildə deyil, sadəcə təsadüfən olub.

Yenixeber.org: Bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

O, Vladimir Putinin amerikalı nümayəndə Kiyevdə olarkən atəşkəs əmri verdiyinə şübhə etdiyini bildirib:

“Belə bir sualla siz məni, necə deyərlər, Putinin beyninə girməyə vadar etdiniz ki, o nə qərar verib? Bəlkə o, belə bir görüntü yaratmaq istəyib ki, guya “mən Kiyevi atəşə tutmuram, bu hamısı uydurmadır, bu hamısı Ukrayna təbliğatıdır”. Yaxud, əslində, tamamilə başqa bir məsələ olub və Kiyev həmin günlərdə hücum planında olmayıb”.

Ekspert söyləyib ki, həmin günlərdə belə Kiyevdə hava həyəcanı siqnalı verilirdi və Rusiya PUA-ları paytaxt yaxınlığından uçurdu, baxmayaraq ki, birbaşa şəhərə zərbə endirilməyib.

Qeyd edək ki, ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Keyt Kelloq iyulun 14-də Kiyevdə səfərdə olub.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam