Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Məclisin sədrindən sanksiya açıqlaması

cms-image-000013603

 

“ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit vaxtı ilə Demokratlar Partiyasının üzvü olub. Ən əsası odur ki, o, ermənipərəstdir. Əfsus ki, onun verdiyi qanun layihəsini bizim əksər jurnalistlər şok hadisə kimi qiymətləndirir. Burada şok nə var?! O, sadəcə adi deputatdır. Bunu bu qədər şişirtmək böyük səhvdir”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ konqresində Azərbaycanın dostları da var: “Hətta çox konstruktiv deputatlar da var. Əminəm ki, o qanun layihəsi qəbul edilməyəcək. Bu məsələnin indiki vaxtda müzakirə edilməsinin yalnız bir açıqlaması var. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq, əfv sərəncamı imzalayır. Bəzi insanların cəzaları azaldılır. Bu yaxınlarda, 31 dekabr ərəfəsində də əfv sərəncamının imzalanması gözlənilir. Onların məqsədi odur ki, sərəncam imzalandıqdan sonra desinlər ki, guya biz bu məsələyə təsir edə bildik. Ona görə də bu məsələlərə böyük diqqət göstərməməliyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam