Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu işlərin arxasında Con Kerrinin çubuğu dayanır”

Parlamentdə anti-ABŞ rüzgarı: “Bu işlərin arxasında Con Kerrinin çubuğu dayanır”

 

 

 
“Onlar o qədər şok deyəcəklər ki, onlar özləri şoka düşəcəklər”.
Xeberinfo.com:   Məlumata görə, bunu Milli Məclisin hazırda davam edən plenar iclasında spiker Oqtay Əsədov ABŞ Konqresindəki müzakirələri “şok” kimi təqdim edən mətbuat nümayəndələrini nəzərdə tutaraq söylədi. 
Müzakirələr zamanı çxış edən deputat Fəzail Ağamalı ABŞ Konqresinə etirzını bildirdi: “Düşündürücü odur ki, AŞPA-nın baş katibi və ABŞ Konqresi fərqli məkandan Azərbaycana qarşı eyni vaxtda hücumlara start veriblər.Məni təəssüfləndirən odur ki, ABŞ-ın Minsk qrupunun həmsədri ABŞ Konqresində Qarabağ separatçıları ilə görüşlər keçirir və ardınca belə bir layihə gündəmə gəlir. Mən əminəm ki, bütün bunların arxasında erməni diasporunun təsiri altında olan Con Kerrinin dirijor çubuğu dayanır”. 
Deputat Fazil Mustafa komitə sədri Səməd Seyidova istinad etdi: “Səməd müəllim kifayət qədər aydınlıq gətirdi və son nöqtəni qoydu ki, bu, ABŞ Konqresinin münasibəti deyil.Ona görə də indiki mürəkkəb xarici situasiynın yarandığı məqamda sərt mövqedən çıxış etməyimiz doğru olmazdı”. F.Mustafa əfvin zəruriliyindən də danışdı: “Onsuz da hazırda xaricdən qrant almaq kifayət qədər məhdudlaşdırılıb. Adam həbsdə oturanda bir füqurdur, sənədlərlə adları hallanır. Ancaq azad olunur, qısa müddətdə unudulur. Qarşdan 31 dekabr, yeni il gəlir. Məncə, əfv siyahısını genişləndirmək olar. Həbsdə olanların böyük əksəriyyəti xüsusi istedad sahibi deyil ki, ölkəyə xüsusi təhlükə yaratsınlar”. Deputat dedi ki, MTN-nin ləğvi və əvəzinə iki yeni qurumun yaradılması çox doğru seçim qərar idi: “Gələcəkdə müəyyən hadisələrin qarşısını almaq üçün bu qurumların üzərində mütləq parlament nəzarəti müxanizmi olmalıdır”. F.Mustafa digər vacib məsələdən də danışdı: “Bizdə apteklərdə, marketlərdə müxtəlif cür qida əlavələri satılır, bunlar da xaricdən idxal olunur. Bunu sahibkarlarımız da istehsal edə bilər”.
Deputat Qüdrət Həsənquliyev dedi ki, Ermənistanda referendum saxtakarlığının qarşılığında ABŞ-ın İrəvana sərt münasibət bildirmədiyini, ancaq Azərbaycanın sanksiya hədəsinə məruz qaldığını xatırlatdı. O, ABŞ-ın təhdidlərinin arxasında xüsusi məqsədlərin dayandığını da vurğuladı: “Bu günlərdə xoş niyyət nümayiş etdirilib, Leyla və Arif Yunuslar azad olunub, əfv fərmanı gözlənilir. Bu prosesin qarşısını almaq, bizə qarşı təzyiqləri artırmaq istəyirlər. Digər tərfədən biz həmişə olduğu kimi, yenə də qardaş Türkiyənin yanında olduğumuzu bəyan etmişik. Bu günlərdə baş nazir Əhməd Davudoğlunun səfəri zamanı mövqeyimizi bir daha bəyan etdik.  Belə bir məqamda ABŞ-dan gələn təhdidr həm NATO-ya, həm ABŞ-ın müttəfiqlərinə xəyanətdir, həm də erməni yarınmaqdan başqa bir şey deyil. Bunlar builirlər ki, əfv olacaq və ona mane olmaq istəyirlər. Əfv olunmayacaqsa da, bizə təzyiqi artırmaq fürsəti əldə edəcəklər. Mən çox istərdim ki, Azərbaycan prezidenti növbəti dəfə humanizm nümayiş etdirsin, əfv imzalasın, baxaq, görək sonra hansı bəhanələr axtarırlar”.
Q.Həsənquliyev hökuməti islahatlara çağırdı: “Azərbaycan yeni bir mərhələyə qədəm qoymalıdır, geriyə yol yoxdur. Bütün sahələrdə islahatlar həyata keçirilməlidir. İnkişafın yeni bir mərhələsinə qədər qoymaq üçün həm xalqımızın potensialı var, həm də iqtidarın iradəsi”.
Deputat Zahid Oruc dedi ki, Amerika İrana İslam inqilabından sonra ona qarşı sanksiyalar tətbiq olunmuşdu. Amma Azərbaycan İslam inqilabı etmək istəmir, əksinə, buna qarşıdır. Z.Oruc ABŞ-ın Azərbaycana qarşı uzun illər 907-ci düzəlişlə təhdid altında saxladığını da xatırlatdı: “Mən kimisə qorxutmağın və ya baş altına yastıq qoymağın əleyhinəyəm. Amma biz işləməliyik. Sadəcə ziyafətlər üzərindən deyil. ABŞ-da Azərbaycanın dostları var. Qoy onlar da Ermənistana qarşı bir qanun layihəsi hazırlasın. Biz Amerika ilə işləməliyik”. 
O.Əsədov deputatın dediklərinə reaksiya verdi: “Zahid müəllim, Azərbaycan dövləti də, diasporu da işləyir. Amma erməni diasporu Amerikanın dərisinə, iliyinə yeriyib. Siz birdən-birə, 15-20 ilə hər şey istəyirsiniz. Erməni diasporu 100 ildir işləyir”. 
Elmira Axundova dedi ki, Azərbaycanda əvvəllər də əfv imzalanırdı, onda da məhbuslar var idi, ancaq belə ajiotaj olmurdu: “Bu gün biz güclüyük deyə, təzyiqləri də artırırlar. Bu dəfə çox maraqlı əfv siyahısı hazırlanır. Bir az da səbr edək, hadisələri qabaqlamayaq”. 
E.Axundova Bakı Dövlət Sirkinin paytaxta uyğun gəlmədiyini vurğuladı və sirkin binasının təmir olunması təklifini də səsləndirdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam