Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

TRAMP PUTİNİN BÜTÜN İŞĞAL YOLLARINI AÇIR –Ukrayna şəhərlərinin bombalanması da asanlaşdı

Donald Tramp Rusiya işğalına məruz qalmış və ölüm-dirim müharibəsi aparan Ukraynanı çıxılmaz vəziyyətə qoymaq və işğalçı dövlətin başçısı Vladimir Putini razı salmaq üçün əlindən gələni edir.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarını, xüsusən də hərbi hədəflərə dair məlumatları və Rusiyanın Ukrayna ərazisinə raket və PUA buraxması ilə bağlı xəbərdarlıqları tamamilə dayandırıb. “The Economist”-in jurnalisti Oliver Karrol mötəbər mənbələrə istinadla yazıb ki, dünən Kiyev vaxtı ilə saat 14:00 radələrində ABŞ "hava hücumu xəbərdarlığı üçün əsas məlumat mənbəyini" kəsib: "Bundan əvvəl Ukrayna ordusu “HIMARS”-ların istifadəsi üçün vacib olan məlumatlardan məhrum edilib. Həmçinin, Ukrayna artıq uzaq məsafəli zərbələr üçün real vaxt çərçivəsində məlumatlar almır. Tramp Zelenskidən minnətdarlıq istəmişdi. Amma indi biz bu “minətdarlığı” ölmüş ukraynalıların məzarlarına yazmalı olacağıq”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) direktoru Con Ratkliff və Trampın Milli Təhlükəsizlik müşaviri Mayk Uolts da Ukraynaya kəşfiyyat dəstəyinin dayandırıldığını təsdiqləyiblər. Lakin onların hər ikisi Ukraynanın danışıqlar masasına tez qayıtması(?) halında fasilənin qısamüddətli ola biləcəyini qeyd ediblər.

“The Wall Street Journal” isə adı açıqlanmayan amerikalı rəsmiyə istinadla yazır ki, kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması təkcə Rusiya qoşunlarına zərbələr endirmək məqsədilə Ukraynaya verilən məlumatlara deyil, həm də Rusiyanın Ukrayna ərazisinə raket və PUA hücumu xəbərdarlıqlara aiddir. Bu, o deməkdir ki, Ukrayna artıq Rusiyanın raket və PUA buraxması barədə lazımi məlumatları vaxtında ala bilməyəcək. Nəticədə Rusiya üçün dinc şəhərləri, əhalini və infrastruktur obyektlərini məhv etmək xeyli asanlaşacaq. Artıq ötən gecə Rusiya Ukraynanın Krivoy Roq şəhərində mülki obyektlərə raket zərbələri endirib. Xeyli ölən və yaralanan dinc sakinlər var. Bundan öncə isə Dnepr şəhərində hərbi poliqona raket zərbəsi endirilmiş, nəticədə yüzdən çox ukraynalı həlak olmuşdu. İstisna olunmur ki, bu hadisələrdə ABŞ-nin kəşfiyyat məlumatlarını dayandırmasının xüsusi rolu var və yaxın günlərəd bu cür hücumlar daha da çoxala bilər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Valeriy Kondratyuk deyib ki, “artıq ABŞ Müdafiə Nazirliyindən gələn hər şey dayanıb”: "Bu, əsasən foto-şəkillərin mübadiləsinə aiddir. Bu, kritik deyil, çünki Avropa şirkətlərinin öz peykləri var, lakin onların heç də hamısı hərbi yerləşdirmə və hərəkətə yönəlməyib, bu vacibdir".

Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi WSJ-yə deyib ki, “ilkin plan Zelenskiyə təzyiq etmək üçün hərbi və kəşfiyyat məlumatlarının mübadiləsini bir və ya iki həftə dayandırmaq idi”.

Bundan əvvəl Britaniyanın “Daily Mail” tabloidi ABŞ-nin Böyük Britaniyaya da Vaşinqtondan alınan kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmasını qadağan etdiyini yazıb. Dünən “Financial Times” da bu məlumatı təsdiqləyib.

Göründüyü kimi, Tramp administrasiyası açıq şəkildə Kremlin tərəfində duraraq, Ukraynanın çökdürülməsi və Rusiyanın tələblərinə boyun əyməsi üçün heç də Kremldən az canfəşanlıq göstərmir…(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam