Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sülh danışıqları dalana dirənib? -İrəvan AÇIQLAMA VERDİ

 

“Sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqlar dalana dirənməyib”.

Yenixeber.org xəbər verir ki, bunu dekabrın 6-da Ermənistan parlamentində ənənəvi brifinq zamanı hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan elan olunmuş yeni ilkin şərtlər fonunda danışıqlar prosesində mümkün çıxılmaz vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

Deputatın sözlərinə görə, danışıqlar prosesi davam edir. Artur Hovhannisyan danışıalarda müəyyən çətinliklər olduğunu deyib.

“Mübahisə doğuran məqamlar var, onların ətrafında müzakirələr daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz çıxılmaz vəziyyətdən və danışıqlar prosesini davam etdirməkdən danışmırıq. Bu proses həmişə var”, - Hovhannisyan bildirib.

Erməni deputat bildirib ki, danışıqlara vasitəçilik edən beynəlxalq tərəfdaşlar Azərbaycan və Ermənistanla sülh müqaviləsini son nəticəyə çatdırmaq üçün işləri davam etdirirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 4-də verdiyi açıqlamada Azərbaycanla sülh sazişinin mətninin 90 faizinin razılaşdırıldığını bəyan edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə dünən ATƏT XİN Şurasının iclasındakı çıxışı zamanı vurğulayıb ki, sülh sazişinin 17 maddəsinin preambula və 15-i artıq razılaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam