Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İqtidar müxalifət razılığı uzun sürmədi

 

     
      "xeberinfo.com": Ukrayna müxalifəti Kiyev meriyasının binasını yenidən ələ keçirib. Müxalifət üzvləri bildirib ki, hakimiyyətlə gəlinən razılığa baxmayaraq, onlar binanı əldən verməyəcəklər. Hadisəyə görə məsuliyyəti "Narıncı inqilabın koalisiya iştirakçıları"nın lideri Sergey Melniçenko üzərinə götürüb. O bildirib ki, onu və tərəfdarlarını müxalifətlə iqtidarın anlaşmalarının məqsədi maraqlandırır. Melniçenko meriyanın binasının "Ukrayna patriotları"nın əlində olduğunu bildirib. O iddia edir ki, hakimiyyət saxlanılan"Avromaydan" tərəfdarlarının hamısını azad etməyib və buna görə də meriya binası boşaldılmayacaq.
     Binada Melniçenko tərəfdarları ilə bərabər ,"Qara komitə", "Sosialist-Milli Assambleya", "Vikinq" və "Narniya" kimi tanınan qrupların nümayəndələri də var. İnternetdə bu barədə videogörüntülər də yayılıb. Həmin şəxslər xüsusi maskalar taxaraq, təhlükəsizliklərinə tam təminat verilməyənə qədər meriya binasında yaşayacaqlarını bildiriblər. Bununla belə onlar meriya əməkdaşlarının işə gəlib-getmələrinə və işləmələrinə mane olmayacaqlarına zəmanət verirlər. Maraqlısı budur ki, digər bir müxalifət partiyası "Azadlıq"ın tərəfdarları binaya gələrək onları ordan çıxarmağa cəhd ediblər. Müxalifət nümayəndələrinin arasında dava da düşüb. "Azadlıq" partiyasının tərəfdarları içəridəkilərə müraciət edərək, onların hakimiyyət tərəfindən heç bir təzyiqə məruz qalmayacaqlarına zəmanət verərək binanı tərk etməyə çağırıblar. "Azadlıq" partiyasının üzvləri sonunda binaya daxil ola biliblər. Lakin onlar da içəridə qalıblar. İçəridə isə hələ də danışıqların getdiyi və hər iki müxalifət qanadının fəallarının dostcasına deyib-gülmə səslərinin gəldiyi eşidilir. Binaya danışıqlara girən şəxslərdən biri "Azadlıq"dan Radaya deputat seçilən Eduard Leonovdur. O bildirib ki, hələ bir müddət bina milliyətçilərin nəzarətində qalmalıdır. Buna səbəb kimi o, hakimiyyətin burda "Berkut"un ştabının qurmaq niyyətini göstərib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam