Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azərbaycanda parlamentizm tamamilə iflasa uğradı"

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Xeberinfo.com:   Məlumata görə, topantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi prioseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə ölkədə keçirilən son parlament seçkilərinin nəticələrinə münasibət bildirib, seçkilərin Azərbaycanda bu vaxta qədər keçirilən digər seçkilərdən daha aşkar qanun pozuntuları ilə müşayət olunan, seçicilərin etimadına əsaslanmayan, beynəlxalq müşahidəçilərin seçkinin monitoriqindən imtina etdiyi, rəqabət mühitinin olmadığı seçki kimi dəyərləndirib.

İdarə heyəti bu seçkilərlə Azərbaycanda parlamentizmin tamamilə iflasa uğradığını qeyd edib, ölkəmizin hazırda düşdüyü siyasi-iqtisadi böhranlı vəziyyətin ardınca çox ciddi sosial böhranın olacağını, bununla da ölkədə proqnozlaşdırılması mümkün olmayan zərərli kütləvi hadisələrin baş vermə mümkünlüyünü diqqətə çatdıraraq, bütün bunlardan siyasi partiya olaraq dərin narahatlığını bildirib.

ADP İdarə Heyəti gözlənilən sosial böhran və sosial-siyasi kataklizmlərin qarşısını almağın yeganə yolu kimi hakimiyyətin radikal siyasi islahatlar həyata keçirməsi, təcili olaraq ölkənin real siyasi qüvvələrini əhatə edən dialoq prosesinə başlamasını vacib hesab etdiyini açıqlayıb.

Strateq.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam