Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“İsrail-İran qarşıdurması açıq müharibəyə çevrilir” - ABŞ-nin İsrailin zərbəsindən xəbəri olmayıb?

           “İsrail və İran arasındakı gizli qarşıdurma getdikcə açıq müharibəyə çevrilir”. 

Yenixeber.org: “The New York Times” qəzetində dərc olunan məqalədə belə deyilir.

Qəzet yazır ki, Qəzza zolağında hərbi əməliyyatların başlanmasından sonra kəskinləşən İran və İsrail arasındakı gizli qarşıdurma getdikcə daha açıq müstəviyə çıxır. Yazıda qeyd olunur ki, İranın Dəməşqdəki konsulluğunun binasına raket hücumu bu qarşıdurmada ən böyük hücumlardan biridir və bu, münaqişənin açıq müharibəyə çevrilməsi deməkdir.

Bu arada ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib ki, Vaşinqton İsrailin Dəməşqdəki İran səfirliyinə zərbə endirməsindən xəbərsizdir və bununla heç bir əlaqəsi yoxdur. NBC telekanalının məlumatına görə, ABŞ bu barədə İrana məlumat verib.

İki amerikalı məmur telekanala bildirib ki, Co Bayden administrasiyası bunu birbaşa Tehrana çatdırıb. Məlum olub ki, İsrail təyyarələri havada olarkən ABŞ Suriyadakı əməliyyatla bağlı məlumat alıb, lakin hədəfin nə olduğunu bilməyib.

Daha iki ABŞ rəsmisi əlavə edib ki, ABŞ rəsmiləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Məhəmməd Rza Zahidinin hava hücumunda öldürüldüyünə dair “müstəqil təsdiqi” hələ almayıb.

Xatırladaq ki, İran konsulluğuna aviazərbə aprelin 1-də Bakı vaxtı ilə saat 16:00 radələrində həyata keçirilib. Suriyanın SANA agentliyi binanın tamamilə dağıldığını, içəridəkilərin hamısının həlak olduğunu bildirib.

“Tasnim” agentliyi isə xəbər verib ki, ölənlər arasında iki SEPAH generalı - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hac Rəhimi də var. Onlardan əlavə daha beş korpus zabiti həlak olub. İranın “Əl Aləm” telekanalı İran səfirinin və ailəsinin xəsarət almadığını bildirib.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam