Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Putin Paşinyana BUNA GÖRƏ toxunmur –İLGİNC SƏBƏB

“Ermənistanın geosiyasi oriyentasiyasının və vektorlarının dəyişdirilməsi planı çox rahatlıqla baş tutmayacaq. Başqa sözlə, Ermənistanın Qərbə doğru irəliləyişində əsas maneə Rusiyadır”.

Yenixeber.org: Bu fikirləri politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

Politoloqun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyinin rəhbərliyində təmsil olunsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB kimi strukturlarda fəaliyyətini davam etdirsə də, Avropa İttifaqına üzvlük və NATO ilə əməkdaşlığın genişlənməsi planlarını da irəli sürür:

“Bu bir-birinə zidd və eləcə də uyğunluq təşkil etməyən hərbi-siyasi manevrlər Ermənistanın özü üçün böyük bir problemə çevrilə bilər. Digər tərəfdən, Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisinə yerləşdikdən sonra buna İran da təəccüblə yanaşır və kənar geosiyasi oyunçuların regionda mövcudluğunu qəbul etmir.

Vətən müharibəsindən sonra İranın Ermənistanla yaxınlaşması fonunda bu gün rəsmi Tehran Ermənistanın atdığı addımları qəbul etmək istəmir. Eyni zamanda Avropaya doğru irəliləyiş həm də Rusiya tərəfindən böyük narahatlıqla qarşılanır. Rusiya bu günə qədər Ermənistanın bu şıltaqlıqlarına yalnız xəbərdaredici mesajlarla cavab verib. Hətta Rusiya hərbçilərinin Zvarnots hava limanından çıxarılması ilə bağlı fikir ifadə ediləndə rəsmi Kreml bunu müəyyən qədər yumşaq formada qarşıladı.

ZVAR.jpg (95 KB)

Lakin şübhəsiz ki, İrəvan tərəfindən çox ciddi və kəskin addımlar atılacaqsa, Rusiya buna dözməyəcək.

Bu gün Ermənistanın bu istiqamətdə yeganə qazancı bundan ibarətdir ki, Rusiya Ukrayna müharibəsinə diqqət ayırıb və bu cəbhədə qələbə qazanmaq əzmindədir. Əks təqdirdə inanmıram ki, Ermənistan geosiyasi kursu çox rahatlıqla dəyişmək və manevr etmək xəyalına düşərdi. İstənilən halda 102-ci hərbi baza Rusiya üçün strateji əhəmiyyətə malikdir. Rusiyada da yaxşı anlayırlar ki, bütün addımlar 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasına gətirib çıxaracaq. İlkin addım kimi Zvarnots hava limanı, ardınca Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması, KTMT, Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın dayanması 102-ci hərbi bazanın da mövcudluğuna son qoyacaq”.

Politoloq hesab edir ki, əgər bütün bu ssenarilər indidən məlumdursa, Kreml məhz ilkin mərhələdə bütün problemlərin qarşısını almaq haqqında düşünməlidir:

“Nəzərə almaq lazımdır ki, Rusiyanın əlində kifayət qədər iqtisadi rıçaqlar var ki, Ermənistana təsir etsin. Lakin bunu da etmirlər ki, Ermənistanda ictimai rəydə neqativ toplamasınlar.

İREVAN SON.jpg (140 KB)

Hazırkı Ermənistan rəhbərliyi şübhəsiz ki, Rusiyanı qane etmir. Ermənistanın Fransa, eləcə də digər ölkələrlə əməkdaşlığı həm də Rusiyanın faktiki düşmənləri ilə əməkdaşlığı anlamını verir. Bu gün Rusiya ilə Fransa və digər dövlətlər Ukrayna ərazisində vuruşurlar. Bu amansız döyüşlər həm də geosiyasi savaşın bir nəticəsidir. Bu gün Ermənistan Cənubi Qafqazda həm də Qərb və Rusiya arasında münaqişənin yeni mərhələsini formalaşdırmaq niyyətindədir. Bunu Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr təhrik edirlər.

Eyni zamanda Ermənistan yaxşı anlayır ki, Ukrayna, Moldova və Gürcüstan ssenariləri İrəvan üzərində də formalaşa bilər. Lakin bu gün sanki həmin dövlətlərin yolu ilə getməyi üstün hesab edir. Əgər vəziyyət çox şiddətli hal alarsa, şübhəsiz ki, Kreml analoji addımı Ermənistana qarşı da ata bilər. Bu gün Ukraynada baş verənlərin Ermənistan üçün olacağı da istisna edilmir”.(Musavat)

Aytən Novruz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam