Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Hər gün min nəfər rus əsgəri ölür” – Bombalar altındakı şəhərdən

Anar Natiqoğlu: “Bu gün sülh danışıqları real deyil, əksinə, üzü yaza doğru savaş daha kəskin formaya keçəcək”

Yenixeber.org: Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu bizimlə müsahibəsində Ukraynada davam edən müharibə və son vəziyyət barədə danışıb.

- Ukraynada hazırda vəziyyət necədir?

- Ümumi vəziyyət çətindir. 2 ildir davam edən savaş ölkənin iqtisadi durumuna ciddi zərbə vurub. Milyonlarla insan ev-eşiyini itirib, ölkənin başqa vilayətlərinə və ya başqa ölkələrə köç etməyə məcbur qalıb. İrili-xırdalı onlarla şəhər, xeyli sayda sənaye obyekti, mədən, fabrik, zavod dağıdılıb. Amma Ukraynanı tərk etməyən əhali qələbə ümidi ilə bütün çətinliklərə dözür.

- Avdeyevkanın itirilməsindən sonra beynəlxalq media qurumlarında rusların müharibədə üstülüyü ələ aldığı barədə məlumatlar yayılır. Gerçəkdən, Ukrayna işğalçıya qarşı dirənişini itirirmi?

- Avdeyevka 29 kvadrat kilometr ərazini əhatə edən balaca bir sənaye şəhəri idi. Rus ordusunun aylardır atdığı raketlərdən sonra yerlə yeksan edilmişdi. Həm də Donetsk şəhərindən 13 km aralı yerləşdiyi üçün Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi böyük miqdarda hərbçinin mühasirə həlqəsinə düşməməsi üçün belə bir doğru qərarı verməyə məcbur oldu. Avdeyevka strateji yer olsa da, onun uğrunda minlərlə hərbçi itirməyə dəyməzdi.

Ümumiyyətlə, Ukraynanın uduzması tipli xəbərlərin yayılması Kremlin agitasiya kampaniyasının tərkib hissəsidir. Təəssüf olsun ki, bəzən bu tip xəbərlər bu və ya digər formada beynəlxalq mediaya da sızır. Nədənsə, son vaxtlar rusların həm canlı qüvvə (günlük ən azı 1000 nəfər) itirməsi, həm də havada və dənizdə məhv edilən dronların, təyyarələrin, gəmilərin sayı qabardılmır. Ukraynanın dirəniş mübarizəsi 3-cu ildir davam edir. Əlbəttə, çətinliklər var - həm canlı qüvvə, həm təchizat baxımından. Amma əldə olan resurslarla Ukrayna ordusu əsl rəşadət göstərir.

- Qərbdən Ukraynaya ordu göndərilməsi məsələsi gündəmə gəlib. Yerli ictimaiyyətdə bunun baş verəcəyinə inanırlarmı?

- Əslində, savaşın ilk günlərindən Ukraynada həm keçmiş sovet ölkələrindən, həm də Avropa ölkələrindən gələn Ukrayna vətəndaşları döyüşürlər. Könüllü şəkildə döyüşməyə gələn müxtəlif xalqların nümayəndələri, dəstələr var. Bu, onların fərdi qərarıdır. Amma dövlət səviyyəsində qoşun göndərilməsi fikri o qədər ciddi qəbul olunmur.

- Makronun Ukraynaya ordu göndərmək bəyanatına Moskva tərəfdən həm Medvedyevin təhdid dili ilə, həm də Lavrovun ironik gülüşü ilə reaksiya verildi. Kiyevdə necə düşünürlər: bu, qorxulu məqamdır, yoxsa gülməli?

- Rusiya tərəfi onsuz da özlərinin “xüsusi hərbi əməliyyat” adlandırdıqları savaşı artıq Rusiya - Qərb bloku, Rusiya – NATO savaşı kimi verirlər. Bundan qorxmaq və ya buna gülmək heç nəyi dəyişdirmir.

- Rus təbliğatçıları Ukraynanı Qərblə Rusiya arasında poliqon kimi qələmə verirlər, bu fikri başqa dünya ölkələrində bölüşənlər də var. Bəs, Ukrayana xalqı öz yurdunu iki qütb arasında poliqon hesab edirmi?

- Poliqon sözü nə qədər pis formada səslənsə də, son iki ildəki qırğınların və dağıntıların miqyasına görə reallığa yaxın kəlməyə çevrilib. Bunun əsas səbəbkarı da Ukrayna və ya müttəfiqləri deyil, milli, dini yaxınlığı olan Rusiyadır. Bunun günahkarı cəbhə xəttindən uzaqdakı mülki əhalini dronlarla, raketlərlə atəşə tutan, qətlə yetirən rus ordusudur. Bir həftə öncə Odessada, ən kiçiyi 4 aylıq, ən böyüyü 9 yaşında olan 5 uşaq rusların atdıqları dron səbəbindən gecə yatdıqları yerdə həlak oldu.

- Müharibənin ilk vaxtlarında Türkiyə ciddi vasitəçilik cəhdləri edirdi, amma nəticə olmadı. İndi yenə Ankaradan barışıq təklifləri gəlir. Şiddətin, qanın tən ortasında – indiki məqamda barışıq mümkündürmü?

- Ukraynada bu qədər mülki əhalinin (uşaq, qadın, yaşlı) qırğınından sonra barışıq barədə fikirlər müsbət qəbul olunmur. Əhalinin əksəriyyəti savaşın qələbə ilə bitməsi düşüncəsindən başqa düşüncəni qəbul etmir artıq. Amma istənilən halda, savaşın hansısa formada bitməsini istəyənlərin sayı, iqtisadi çətinliklərə görə günü-gündən çoxalır.

Savaş yeni başlayanda da Türkiyənin barışıq missiyası olmuşdu, hətta bir neçə görüş da baş tutdu İstanbulda. Bu gün də işartıları var belə bir prosessin başlayacağının. Amma istənilən halda, hazırda Ukrayna tərəfinin tələbləri ilə işğalçı rusların şərtləri xeyli kəskin fərqlənir. Ona görə də hazırda sülh danışıqları real görünmür. Əksinə, hesab olunur ki, üzü yaza doğru savaş daha kəskin formaya keçəcək.

- Xalq döyüş meydanında, rəsmi Kiyev diplomatik arenada savaşır, Qərb isə Ukraynanı silah və pulla təmin edir. Maraqlıdır, bu müharibədə son sözü kim deyəcək: xalq, siyasi hakimiyyət, yoxsa beynəlxalq dəstək?

- Bu müharibədə son sözü əvvəlcə Ukrayna dövləti və siyasi hakimiyyəti deyəcək. Əgər müttəfiqlər tərəfindən hansısa ciddi təzyiq olsa belə, danışıqlar ən azından parlament səviyyəsində ciddi müzakirə ediləcək. Çünki nə Prezident, nə da Nazirlər Kabineti təkbaşına bu qərarı verə bilər. Xalq isə referendumla və ya hansısa etiraz aksiyaları ilə ümumi prosesə reaksiya verə bilər. Bu isə indiki müharibə reallığında həm real deyil, həm də mümkün deyil.(AYNA)

 İsmayıl Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam