Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dövlət başçısının tövsiyələrindən ciddi nəticə çıxarılmalıdır”

 

 

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdan duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi fikirlər, etdiyi nitq  tarixi bir çıxışdır.  

"Xeberinfo.com":   Məlumata görə, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov deyib. Komitə sədrinin sözlərinə görə, ölkə başçısı öz çıxışında dünyada yaşanan qlobal iqtisadi sarsıntılar fonunda Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsindən, həm də növbəti illərdə məlum səbəblərdən bizi gözləyə biləcək cətinliklərdən danışıb, geniş şəkildə bəhs edib.  “Bildiyiniz kimi, 2008-ci ildən, xüsusilə də, beynəlxalq güclər tərəfindən  “Ərəb baharı” ssenarisinin dövriyyə buraxılmasından - 2011-ci ilin əvvələrindən bu yana Yaxın və Orta Şərqdə, Ərəb dünyasında  baş verən, yenidən alovlanan  ağrılı-acılı proseslər, sonu görünməyən münaqişələr, müharibələr üzündən dünyada qlobal siyasi,  iqtisadi və maliyyə böhranı yaşanır.  Ələlxüsus da, son iki il ərzində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, bır sıra dövlətlərin milli valyutalarının devalvasiyası dünya iqtisadiyyatında kəskin tənəzzüllə müşaiyət olunmaqdadır və çox təəssüflər olsun ki, bütövlükdə yaşanan bu proseslərin, qlobal iqtisadi və siyasi sarsıntıların  nə vaxt bitəcəyi də  heç kimə bəlli deyil. Odur ki, belə bir gərgin geosiyasi situasiyada, çoğrafi şəraitdə  öz iqtisadiyyatını sarsıntılardan, tənəzzüldən qorumaq və onu inkişaf etdirmək böyük əzm,  cəsarət, son dərəcədə ağıllı və düşünülmüş çevik, balanslı siyasət,  güclü siyasi iradə tələb edir” - deyən E. İbrahimov bildirib ki,  Azərbaycan dövləti də özünü  məhz ölkə Prezidentinin apardığı uzaqgörən, müdrik iqtisadi və siyasi kurs, daxili və xarici siyasət  nəticəsində özünü dünyada yaşanan sarsıntılardan, təlatümlərdən, kataklizmlərdən qoruyabilib, inkişaf meyllərini davam etdirməyi bacarıb.  Onun bildirdiyinə görə, Azərbaycan sərmayə qoyulan ölkədən investisiya yatıran ölkəyə, dünyanın siyasi, humanitar, iqtisadi forumlarının, beynəlxalq səviyyəli idman və musiqi yarışlarının keçirildiyi, evsahibliyi etdiyi məkana çevrilib.  Komitə sədri deyib ki, ötən illərdə vətəndaşların əmək haqlarının, pensiya və müavinətlərinin ödənilməsində heç bir gecikmə, problem yaşanmayıb, ölkənin valyuta ehtiyatları artıb, büdcədə, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı daha yüksək olub, iqisadiyyatın, büdcənin neftdən asılılığının azaldılması istiqamətində  tədbirlər davam etdirilib və uğurlar nəticələr əldə edilib:  “Elə  bir müddət öncə müzakirəsini keçirdiyimiz 2016-cı ilin büdcə zərfi də məhz dediklərimizə əyani sübutdur.Düzdür, növbəti ilin büdcəsi təxminən 4 milyard manat azaldılıb, amma bununla belə, ölkənin iqtisadi-maliyyə strukturları tərəfindən mükəmməl və peşəkar şəkildə hazırlanmış büdcə zərfində sosialyönümlü sahələrdə heç bir azalma nəzərdə tutulmayıb. Əksinə, bir sıra sahələrdə artım nəzərdə tutulub. Misal olaraq kənd təsərrüfatına, aqrar sektoru cari illə müayisədə 2016-cı ildə 10 milyon manat çox vəsait nəzərdə tutulub.  Eyni zamanda, ölkə başçısının  özünün bilavasitə təşəbbüsü ilə həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə gələn il daha 12 rayon və şəhərin cəlb olunması nəzərdə tutulub ki, bunun da nəticəsində  təxminən daha 22 min müəllimin əmək haqlarında artım gözlənilir. Bu kimi misalların sayını artırmaq da olar, amma elə bilirəm ki, buna  ciddi ehtiyac da yoxdur. Atalar məsəlində deyildiyi kimi, görünən kəndə nə bələdçi?!"  E. İbrahimovun fikrincə, ancaq bunlar heç də arxayınçılığa, əlimizi yanımıza salıb gözləməyə əsas vermir və verməməlidir. "Dövlət başçısı özü də çıxışında bu məqamı xüsusilə qabartdı. Problemləri, hətta, bir sıra sahələrdə müşahidə olunan və insanların haqlı narazılığına səbəb olan amilləri dilə gətirdi, ciddi tapşırıq və tövsiyələrini verdi. Dövlət başçısı çıxışında vurğuladı ki, maliyyə nizam-intizamı gücləndirilməlidir, israfçılığa, izafi xərclərə yol verilməməlidir. O, çıxışında daha sonra dedi ki:   "Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik.  Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq. Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.  Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir.Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb".  Dövlət başçısının çıxışında ən vacib məqamlardan biri də bu oldu ki,  sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır: "Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam".  Ona görə elə bilirəm ki, hər bir kəs, hər bir struktur da dövlət başçısının səsləndirdiyi bu fikirlərdən, tənqidlərdən, onun  verdiyi tövsiyələrdən ciddi nəticə çıxarmalı, yol verilmiş nöqsanların aradan qaldırılmasına, dövlətimizin qüdrətlənməsinə öz töhfəsini verməyə çalışmalıdır”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.

 

 

<p">


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam