Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərb və Rusiya Ermənistanda qarşı-qarşıya gəlir? -ŞƏRH

"Təkcə NATO deyil, son dövrlər bütün Qərb ölkələrinin, Avropa İttifaqının Azərbaycanı nəzərə almadan regiona birtərəfli səfərləri onu göstərir ki, həmin qurum və ölkələr öz maraqlarını məhz İrəvan vasitəsilə təmin etməyə çalışır". 
Yenixeber.org: Bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolominanın Ermənistana səfərini şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, hazırkı məqamda Qərb ölkələri, o cümlədən hərbi alyans olan NATO Cənubi Qafqazda real təsir imkanlarına malik deyil:
"Ona görə də mövcud vəziyyətdə çalışırlar ki, Cənubi Qafqazda təsir imkanlarını Ermənistan vasitəsilə reallaşdırsınlar. Çünki bunu Gürcüstan və Azərbaycan üzərindən reallaşdırmaq imkanına malik deyillər. NATO bu addımla Cənubi Qafqazdan Rusiyaya qarşı plastdarm kimi istifadə etməyi düşünür. Bu fonda da Ermənistandan istifadə edirlər. Qərb siyasiləri və hərbi blok nümayəndələrinin Ermənistana birtərəfli səfərləri buna görə intensivləşib. Bu ölkədə Fransanın fəallaşması, Aİ-nin mülki missiyasının sərhəddə yerləşməsi, onun sayının artırılması, bütün bunlar son nəticə olaraq regiona daxil olmaq, burada təsir imkanlarını genişləndirmək baxımından Qərb üçün maraq kəsb edir".
Həmsöhbətimizin fikrincə, NATO regionda proseslərin dinc məcrada getməməsinə çalışır:
"Çünki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə NATO-nun artıq Cənubi Qafqaza daxil olması, bura təsir etməsinə heç bir ehtiyac qalmır. Ona görə də Qərb prosesin ləng getməsində, yeri gələndə qarşıdurmaların olmasında maraqlıdır. Bu gərginliyi isə Ermənistan vasitəsilə saxlamaq olar. Onun nəticəsidir ki, NATO və bütövlükdə Qərbin Ermənistana marağı artıb. Unutmayaq ki, belə səfərlərin həmişə qeyri-rəsmi  nəticələri olur. Düşünürəm ki, qeyri-rəsmi nəticələr də Ermənistanı Azərbaycana qarşı münasibətdə gərgin vəziyyətdə saxlamaq, regiona daxil olub İrəvandan Rusiyaya qarşı istifadə etməkdən ibarətdir". 
Qeyd edək ki, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Ermənistana səfər edib. Tərəflər Ermənistan-NATO əməkdaşlığı, həmçinin regional və beynəlxalq  təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Erməni şərhçilər NATO-nun Ermənistanı "təhlükəsizlik yastıqları" ilə təmin etməyə çalışdığını deyir.(Qaynarinfo) 
Rüfət Sultan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam