Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistandan Bakıya yeni il “sürprizi” -cavabımız nə olacaq?

        Ekspert: “Hüquq işləyən yerdə bu, mümkün ola bilməz”

Yenixeber.org: 2024-cü il girər-girməz, Nikol Paşinyan hökuməti Bakıya yeni il “sürpriz”i edib. Ermənistan hökumətinin ədliyyə naziri Qriqor Minasyan bəyan edib ki, İrəvan ratifikasiya elədiyi Roma Statutu vasitəsilə Beynəlxalq Cinayətlər Məhkəməsində (BCM) Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılması”na çalışacaq. Onu da deyib ki, Ermənistan prosesə təcrübəli beynəlxalq prokurorları cəlb etmək fikrindədir.

Əlbəttə, sülh istəyən ölkənin ritorikası, niyyəti belə olmur. Hədəf şübhəsiz ki, Azərbaycana qarşı beynəlxalq səviyyədə yeni qarayaxma kampaniyası başladıb Bakıya təzyiqləri artırmaq və sülh sənədini imzalamaqdan yayınıb zaman əldə eləmək, bu zaman ərzində də havadarların köməyi ilə revanşist planlar qurmaqdır.

Belə görünür ki, dünənin işğalçı dövlətini həm də İsrailin Qəzza olaylarına görə beynəlxalq məhkəməyə verilməsi ruhlandırıb. Məlumdur ki, yanvarın 11-də Haaqada Qəzza zolağında Soyqırımı Konvensiyasının pozulması ittihamı üzrə İsrailə qarşı iddia ilə bağlı dinləmələrə başlanıb. Ancaq nədənsə Ermənistan özünü dünənin təcavüzkar ölkəsi qismində deyil, yazıq fələstinlilər kimi təsəvvür edir.

Ermənistanın əleyhimizə şikayətinə BCM-nin reaksiyası necə olacaq? İrəvan bununla konkret nəyə nal olmaq istəyir? Roma Statutuna qoşulmayan Azərbaycan kont-tədbir kimi nə etməlidir?

Qırmızı Xaç”dan Azərbaycana qıpqırmızı pislik - ermənilərin xeyrinə “xaç  gedişi”

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, özü hərbi cinayətlərə yol vermiş bir ölkənin heç bir beynəlxalq hüquq prinsiplərini pozmayan, heç bir cinayət həyata keçirməyən Azərbaycandan şikayət etməsi Ermənistan dövlətinin xislətini növbəti dəfə ortaya qoyur: “Bütün məhkəmə instansiyalarına, bütün beynəlxalq platformalara yeri gəldi-gəlmdi müraciətlər edir, heç bir sübut, əsaslar təqdim etmədən ünvanlanan bu şikayətlər ancaq şər-böhtandan ibarətdir. İndi də Roma Statunun təsdiq edilməsi ilə bağlı Azərbaycana qarşı prosesə başlayacaqları ilə bağlı İrəvandan açıqlama verilib. Açıqlamadan göründüyü kimi, bu, Azərbaycana qarşı şantaj niyyətinə oxşayır. Çünki Azərbaycan Ermənistanın torpaqlarımızı 30 il işğal etdiyi dövrdə dövlətimizə və xalqımıza yüz milyardlarla dollar zərər vurduğu barədə beynəlxalq məhkəmələrə təqdim etmək üçün iddialar hazırlayır. Bu iddialar konkret sübut, dəlillərlə zəngindir və Ermənistanın cinayətlərini sübut edəcək. Ermənistan isə bunun qarşısını almaq, eyni zamanda beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə sanki guya Azərbaycan Ermənistana ziyan vurub fonunu yaratmaq istəyir”.

X.Bəşirovun sözlərinə görə, bütün dünya bilir ki, Ermənistanın Roma Statutunu təsdiq etməsi ilk növbədə Rusiyaya qarşı atılmış addımdır. Hətta Ermənistan bunu təkzib etsə də belə Roma Statutunun təsdiq edilməsi Ermənistan dövlətinin üzərinə öhdəlik qoyur. Həmin öhdəliyə görə Ermənistan da daxil, o, statutu təsdiq edən dövlətlər Rusiya prezidenti Vladimir Putinin həbsinə order vermiş olublar. Yəni bu addımı atan və sonra Rusiya prezidenti ilə görüşən Ermənistan baş nazirinin ölkəsinin necə ziddiyyətli davranışlara yol verdiyi bir daha ortaya çıxır: “Ermənistan baş naziri bir tərəfdən Roma Statunu təsdiq edir, o biri tərəfdən Rusiyaya səfər edək Putinlə görüşür, toplantıda iştirak edir. Bu, Ermənistan dövlətinin necə oyuncaq dövlət olduğunu da təsdiq eləyir, dövlətçilik etikasından kənar qondarma dövlət olduğundan xəbər verir. Hətta Ermənistan bizə qarşı qeyd olunan iddianı qaldırsa belə, hansı əsasla Azərbaycana ittiham irəli sürə bilər? Beynəlxalq Cinayət Məhkəməsi məgər dəlil-sübutsuz iddiaya baxacaq, yaxud dəlil-sübutsuz iddianı təmin edəcək? Hüquq işləyən yerdə bu, mümkün ola bilməz. Torpaqları 30 il işğalda saxlanan Azərbaycan olub və Azərbaycan dünya tərəfindən qəbul edilən öz ərazilərində işğalçı orduya qarşı müharibə aparıb. Və bu müharibə zamanı heç bir mülki şəxsə, əhaliyə zərbə endirməyib və heç bir mülki şəxsi, əhalini öldürməyib. Azərbaycan dövlətinin isə Ermənistanı bütün beynəlxalq məhkəmələrə verməsi üçün əlində saysız-hesabsız sübutlar, faktlar var. Xocalı soyqırımı, Daşaltı, Malıbəyli, Ballı Qaya, Qaradağlı, Ağdaban, Başlıbel qətliamlarını və mülki azərbaycanlılara, dinc sakinlərə qarşı digər kütləvi qətliamları məhz Ermənistan silahlı qüvvələri həyata keçirib. Bunlar Ermənistanın müharibə cinayətləridir və real faktlardır”.

Ekspert qeyd etdi ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın Gəncə şəhərinə, Tərtər, Bərdə rayonlarına qadağan olunmuş bombalarla zərbələr endirib: "Çoxlu sayda dinc insan həlak olub, yaralanıb. Bütün dünyanın gözləri qarşısında müharibə cinayətləri törədilib. Ermənistan bütün bunlara görə mühakimə edilməlidir və ediləcək. Ermənistan bunu bildiyindən indi, necə deyərlər, qabaqdangəlmişlik edir və Azərbaycana hədə-qorxu gəlir. Məqsədləri Azərbaycanı hüquq müstəvisində qarşısına qoyduğu məsələlərdən yayındırmaqdır”.(musavat)   

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam