Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan-Putin görüşünün Bakıda keçirilməsi iddiası -YENİ DETALLAR

Elxan Şahinoğlu: “İki ölkənin prezidentləri Bakıda görüşərlərsə, bu, Azərbaycanın faydasına olar, amma...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi gözlənilir. Lakin bu görüşün nə məkanı, nə də zamanı hələlik bəlli deyil. İki ölkə rəsmiləri görüşlə bağlı detalları müzakirə edir. Təfərrüat açıqlanmır. Son iddialara görə isə görüş avqustun 31-də baş tuta bilər.

Yenixeber.org: Bildirilir ki, görüş ya Ankarada, ya da Soçidə ola bilər. Rusiyalı politoloq Sergey Markov bu günlərdə bildiruib ki, Putinin Türkiyədə təhlükəsizlik problemi ola bilər.

“Təbii ki, Türkiyə NATO üzvü olduğundan, ABŞ və Böyük Britaniya kəşfiyyat orqanları terrorçu mübarizə üsullarından fəal istifadə etdiyi üçün Putinin Türkiyədə təhlükəsizlik problemləri ola bilər. Ərdoğanın Soçidə təhlükəsizliyi tam təmin olunub”, - politoloq qeyd edib.

Türkiyə və Rusiya prezidentləri iyulda görüşməli idilər. Ötən ay Türkiyə və Rusiya  arasında siyasi böhranın baş verməsi iki ölkə başçılarının görüşünü təxirə saldı.

Bu arada isə Putin və Ərdoğanın Bakıda görüşə biləcəyinə dair iddialar yayılıb.  Bəzi ekspertlərə görə, “Azov” döyüşçülərinin Kiyevə verilməsindən sonra Ankara və Moskva arasında yaranmış gərginlik ötüşür və əslində indi tərəflər arasında heç bir dərin böhran yoxdur. Rusiyanın Türkiyə ilə iqtisadi əlaqələri və strateji tərəfdaşlıq iki ölkə arasında əlaqələrin normallaşmasını labüd edir.Tərəflər arasında əvvəllər də  problemlər olub, amma ölkə liderlər ortaq məxrəcə gəlib.

Yada salaq ki, ilk dəfə 2018-ci ilin dekabrında  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov  NATO Müttəfiq Qüvvələrinin Avropadakı o zamankı baş komandanı Körtis Skaparrotti ilə Bakıda danışıqlar aparmışdı. 2019-cu ilin yayında isə   Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin yeni Ali Baş Komandanı Tod Uolterslə görüşmüşdü. Görüşün Bakıda keçirilməsi tərəflərin, əlbəttə ki,  Azərbaycana etibar etməsinin göstəricisi sayılırdı.

Azərbaycan nə Ərdoğan Türkiyəsinin təmsil olunduğu NATO-nun, nə də Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Bu, indiki həssas dönəmdə Bakıda görüş üçün daha bir səbəb kimi görünə bilərmi? Bəs görüş yeri kimi Bakının adının hallanması nə qədər real ola bilər?

Amerikada şah tərəfdarlarından da təxribat gözləmək mümkündür" - Elxan  Şahinoğlu

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərlə bağlı yekun qərar verməyə tələsmir: “Halbuki Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə son telefon danışığından sonra Vladimir Putinin bu ayın sonunda Ankaraya gələcəyini bildirmişdi. Kreml isə hələ ki, susur, səfər xəbərini təsdiq etmir. Bu isə Putinin nədən Türkiyəyə səfər etmək qərarında tərəddüd keçirdiyi sualını meydana gətirir. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, iki ölkə arasında fikirayrılığı yaradan mövzular da az deyil. Məsələn, Kreml Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları satmasını hələ də həzm edə bilmir. Türkiyə Ukraynaya nəinki pilotsuz uçuş aparatları satır, üstəgəl Ukraynada dron istehsal edən zavodun tikintisinə də yardım edir. Yəqin Putin düşünür ki, bu şərtlər altında Türkiyəyə səfər etsə, Ankaranın Kiyevə dəstəyinə göz yummaq məcburiyyətində qalacaq. Putin belə bir görüntünün yaranmasını istəmir. Son günlər Rusiya-Türkiyə münasibətlərində başqa hadisələr də yaşanır. Kremlin Rusiya televiziya kanallarındakı rupor-aparıcıları keçmiş illərdə olduğu kimi Türkiyə əleyhinə açıqlamalar verirlər. Bundan başqa, Rusiya hərbçiləri Qara dənizdə üzən Türkiyənin ticarət gəmilərinə basqın təşkil ediblər. Putinin birbaşa tapşırığı olmadan Türkiyənin gəmisinə basqın düzənləmək mümkün deyil. Demək, Putin ikili oynayır. Bu vəziyyətdə Putinin Türkiyəyə səfəri təxirə salına bilər. Başqa variantlar da var. Putin Ərdoğanı Soçiyə dəvət edə və ya görüş üçüncü ölkələrdən birində baş tuta bilər. Görüş yeri kimi Bakının adı hallanıb. İki ölkənin prezidenti Bakıda görüşərlərsə, bu Azərbaycanın faydasına olar. Ancaq görüşün Bakıda baş tutma ehtimalı yüksək deyil. Çünki belə görüntü yaranacaq ki, Putin və Ərdoğan arasında fikirayrılığı o qədər dərindir ki, iki ölkənin lideri başqa ölkədə görüşməyə qərar veriblər. Belə bir görüntü hər iki liderin ziyanınadır. Ərdoğanın Putinlə görüşmək üçün Moskva və ya Soçiyə getməsi isə Türkiyə müxalifəti tərəfindən kəskin tənqid olunacaq. ”Putin Ankaraya gəlməkdən imtina etdiyi halda, Ərdoğan niyə Moskvaya gedir" sualı səslənəcək".(musavat.com)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam