Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Gürcüstan Qərbin vədlərindən "doyub", bizə qayıtmaq istəyir" -Lukaşenko

 "Gürcüstan Qərbin vədləri ilə çox aldanıb, indi isə postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir".
Yenixeber.org:  Bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə bildirib.
"Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz. Çünki heç kim sizi öz bazarlarına süd, ət və ya şərabla buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üçün sərt mübarizə gedir".
Belarus lideri qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs və ya Qərb üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq.
"Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və birtəhər bir-birimizdən uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq", - Lukaşenko əlavə edib.
Onun sözlərinə görə, əsas üstünlük vahid bazarın mövcudluğudur və ondan sıçrayışa tələsməyə ehtiyac yoxdur. Belarus prezidenti onu da qeyd edib ki, Qərb KTMT-ni onun beynəlxalq aləmdə hökmranlığına təhlükə kimi görür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam