Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sülh sazişi başqa paytaxtda imzalansa... -Moskvadan açıq hədələr

Kremlə yaxın politoloqlar “bu gün sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas yoxdur” və “tərəflər nəyə imza atsalar da, bu, problemlərin həllinə gətirib çıxarmayacaq” deyirlər - reaksiyalar

Yenixeber.org: Moskvadakı “Russia Today” beynəlxalq media mərkəzində “Kişinyovda böyük görüş: Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri” mövzusunda dəyirmi masa keçirilməsi barədə xəbər vermişdik. Avropa İttifaqının himayəsi altında keçirilən “beştərəfli görüş”lə bağlı müzakirələrdə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov, Rusiya Federasiyası Hökuməti yanında Beynəlxalq Araşdırmalar İnstitutunun məlumatların tədqiqi laboratoriyasının direktoru Nikolay Silayev iştirak ediblər. Aleksey Muxin deyib ki, Avropa vasitəçiləri əslində heç bir məsuliyyət daşımırlar, onların siyasəti problemi həll etməyə yönəlməyib, daha çox təbliğat xarakteri daşıyır: “Bu gün sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas yoxdur. Amma tərəflərin süni şəkildə bir araya gətirilməsi cəhdi var ki, mütləq nəyəsə imza atsınlar”.

Muxin onu da deyib ki, danışıqların nəticəsi olaraq, tərəflər nəyə imza atsalar da, bu, problemlərin həllinə gətirib çıxarmayacaq, yeni münaqişələr silsiləsinin əsasına çevriləcək: ""Minsk-2" kimi müqavilə imzalansa və riayət edilməsə - çox güman ki, bu baş verəcək - o zaman sazişin imzalanmasının təminatçıları üçün problemlər yaranacaq. Ona görə də Avropa İttifaqının məmurlarının yerinə olsaydım, belə tez sevinməzdim, gələcək haqqında düşünərdim”.

Nikolay Silayev “Qərbin sülhməramlı səylərini” Aİ və ABŞ-ın Rusiyanın regionda təsirlərini azaltmağa yönəldiyini deyib: “Onların mövqeyi bundan ibarətdir ki, Bakı və İrəvan tezliklə sülh müqaviləsi adlandırıla biləcək sənədi imzalayır, Rusiyanın vasitəçi və sülhməramlı kimi nüfuzuna zərbə vursunlar. Rusiyanın tarixən məntiqi belə olub ki, hər iki cəmiyyətin sülhə hazır olmasını təmin etsin, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlər öz həllini tapsın”.

Aleksey Martınov isə sayıqlayaraq deyib ki, “uzun illərdir ki, rəsmi İrəvanın niyə ikinci erməni dövlətini - "artsax"ı tanımağa cəhd etmədiyini başa düşmür". “Amma İrəvan daim Moskvaya başını yelləyərək deyir ki, Rusiya bunu etməlidir. Belə çıxır ki, erməni elitası Avropa üçün ağ və tüklü olmağa çalışır, eyni zamanda Kremlə də deyir ki, siz niyə bunu etmirsiniz?”, - deyə o bildirib.

Göründüyü kimi, bu müzakirələrdə iştirak edənlər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu həm də bir daha göstərir ki, Moskva Qərbin sülh səylərini bloklamaq istəyir və hətta sülh sazişi imzalanarsa, onun icra olunacağına imkan verilməyəcəyinə açıq işarə edir...

Generalın İslamabad səfərinin pərdəarxası

Rəşad Bayramov 

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyanı narahat edir. Çünki rəsmi Kreml sülh sazişinin imzalanmasına və münasibətlərin normallaşmasına bir tərəfdən tərəflərə təzyiq imkanlarını itirmək kimi baxır, digər tərəfdən isə bunu özü üçün təhdid olaraq görür: “Rusiya bilir ki, sülh sazişinin imzalanması nəticə etibarı ilə sülhməramlı kontingentin tez bir zamanda ərazilərimizi tərk etməsi ilə nəticələnəcək. Çünki sülh varsa, hər hansı sülhməramlı qüvvələrə də ehtiyac qalmır. İkinci bir tərəfdən, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Türkiyə-Ermənistan münasibətlərinin də normallaşması deməkdir və belə olan halda, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının saxlanılmasına da ehtiyac yoxdur. O cümlədən də Paşinyan hakimiyyətinin Qərbə üz tutması yaxın perspektivdə həmin hərbi bazanın çıxarılması ilə bağlı məsələnin gündəmə gətiriləcəyi ehtimalını artırır. Bu isə Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılması deməkdir və rəsmi Kreml də məhz bunları nəzərə alaraq sülh sazişinin imzalanması ilə bağlı perspektivlərə bu cür reaksiya verir.

Əgər biz 44 günlük Vətən savaşından sonra Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların mövzusuna baxsaq görərik ki, bütün bu danışıqlarda gündəlikdə olan əsas məsələ nəqliyyat-kommunikasiya xətlərinin açılmasından, sərhədlərin delimitasiya və demarkasiyasından ibarət olub və bu günə qədər bir dəfə də olsun sülh sazişinin mətni ilə bağlı müzakirələr aparılmayıb. Sərhədlərin delimitasiyasına isə Rusiya öz əlində olan xəritələrlə manipulyasiya etmək və tərəflərə təzyiq etmək imkanı kimi baxır. Moskvadakı müzakirələrdə iştirak edənlər Rusiya hakimiyyətinə yaxın şəxslərdir və faktiki olaraq rəsmi Kremlin mövqeyini ifadə edirlər. Mövqe isə göründüyü kimi, ondan ibarətdir ki, “bu gün sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas yoxdur”. Yəni başqa sözlə, Rusiyanın hakim dairələri adıçəkilən şəxslərin vasitəsilə həm Azərbaycan, həm də Ermənistana sülhə imkan verməyəcəkləri mesajını verirlər. Amma onların nə deməsindən asılı olmayaraq sülh sazişinin imzalanacağı halda Rusiyanın əlində elə bir imkanlar qalmayacaq. Uzaqbaşı separatçı rejimin tör-töküntülərini qızışdırmaqla onları silahlandırmaqla nəsə etmək istəyə bilər".

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qeyd etdi ki, bu, Rusiyanın ənənəvi imperialist siyasətinin təzahürü, Ermənistan-Azərbaycan sülh prosesinə dair siyasi xəttinin necə nahamar olmasının işarəsidir: “Rusiya ənənəvi olaraq, "parçala və hökm et" fəlsəfəsinin ruhuna uyğun şəkildə Ermənistan və Azərbaycan arasında münaqişə ocağının qalmasına çalışıb. 2020-ci ildə Azərbaycanın Zəfər qazanması müəyyən mənada Rusiyanın Ermənistana münasibətdə ənənəvi tərəfkeşliyindən tərəfsiz mövqeyə keçid etməsi ilə əlaqələndirilə bilər. Bu, oradakı hakimiyyətin 2018-ci il “məxməri inqilabı”ndan sonra qərbyönümlü olmasına cavab hesab edilə bilər. Lakin ümumilikdə Rusiyanın ənənəvi siyasəti dəyişməyib, imperialist siyasət davam edir. Qafqazda sülh prosesinə dair mövqeyi də əslində onun burada öz varlığını qorumaq, prosesdən Qərbi uzaqlaşdırmaq cəhdidir. Qərb təsisatlarının vasitəçiliyi ilə Brüsseldə, Vaşinqtonda keçirilən görüşlər təbii ki, müsbət nəticələrlə sona çatır. Lakin Rusiyanın bölgəyə təsir mexanizmini nəzərə alaraq, proses daima Moskva ilə razılaşdırılmağa məcburdur. Ermənistan-Azərbaycan sülh sazişi artıq çox yaxında görünür, çünki Paşinyan və onun timsalında Ermənistan siyasiləri Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını ifadə edib. Azərbaycan-Ermənistan sazişi təbii ki, “Minsk-2" olmayacaqdır, çünki Azərbaycan Ukrayna deyil. Bu fikri səsləndirənlər ya şovinist ruslar, ya da qatı ermənipərəst revanşistlər olmalıdır. Hazırda Ermənistanın ukraynalılaşması daha böyük ehtimaldır, nəinki əksinə”.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Rusiya getdikcə bu proseslərdə də tükənir: “Rusiya Qərbin təşəbbüslərinə qısqanclıqla yanaşır. Qərb istəklərində təkidlidir, təşəbbüsü əldən vermək istəmir. Bəzi məlumatlara görə, yaxın vaxtlarda görüşlər Vaşinqtonda davam etdiriləcək, sonra isə 21 iyulda Brüsseldə görüş planlaşdırılır. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və hər cəhdlə bu prosesi pozmaq istəyir. Amma Rusiyanın təkid imkanları günbəgün tükənir, ABŞ qarşısında getdikcə daha zəif görünür. Tərəflər harada istəsələr, görüşə bilərlər. Rusiya artıq bu proseslərə mane ola bilmir. Proses belə davan edərsə, Rusiya tam şəkildə proseslərdən təcrid oluna bilər. Ona görə də bu cür konfransların təşkilinə üstünlük verir. Biz Qərbin təşəbbüslərinə diqqətlə yanaşmalı, bizə uyğun olmayan məsələlərin gündəmə gətirilməsinə imkan verməməliyik. Rusiyanı nə qədər uzaqlaşdıra bilsək, bir o qədər yaxşıdır”.(musavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam